”Azərenerji ”ASC və "Azərişıq" ASC -nin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

13.12.2019 / 377 baxış ”Azərenerji ”ASC və "Azərişıq" ASC -nin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, ulu öndərin xatirəsini ehtiramla anırlar.

”Azərenerji ”ASC "Azərişıq" ASC-nin kollektivi də Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin  əziz xatirəsini ehtiramla yad ediblər.