Astara rayonunun 3 yaşayış məntəqəsi illər sonra elektrik enerjisi ilə təmin olunub.

21.05.2020 / 326 baxış Astara rayonunun 3 yaşayış məntəqəsi illər sonra elektrik enerjisi ilə təmin olunub.

 

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan  kəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” ASC adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.


Cənab Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığının artırılması məqsədilə müvafiq sərancam imzalamışdır. Sərəncam əsasında “Azərişıq” ASC-nin başladığı işlər artıq yekunlaşıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində hər 3 kənddə müasir elektrik enerji sistemi qurulub. 

 

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb,  elektrik kabel xətləri çəkilib, həmçinin, yeni dayaqlar quraşdırılıb. Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materialın böyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əl ilə daşıyıb.