Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi təchizatı yaxşılaşdırılır.

28.05.2020 / 291 baxış

      

  

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirir.

          Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15- dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. Ümumilikdə 2567 ədəd  yeni dayaq quraşdırılıb, 259 min 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin, Ergi ərazisində yeni 110/35/10 kV-luq, Əfətli kəndində isə  35/10 kV-luq y/st-lar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transformator məntəqəsi quraşdırılıb.