“Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin birgə məlumatı

07.10.2020 / 122 baxış “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin birgə məlumatı

 

“Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin birgə məlumatı:

 

Bu gün saat 12.20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib. Bu SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub. Narahatçılığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir. Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edir.