"Azərişıq” ASC sahibkarlara Xaçmaz KOB evində xidmət göstərir.

29.06.2020 / 143 baxış "Azərişıq” ASC sahibkarlara Xaçmaz KOB evində xidmət göstərir.

 

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar enerji təchizatı məsələləri ilə əlaqədar Xaçmaz KOB evinə müraciət edə bilərlər:



✅qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması


✅elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri


✅smart kartların bərpası və yenisinin verilməsi


✅elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi


✅abonentin geniş tarixçəsinin verilməsi


✅abonent kodunun passiv və ya aktiv olunması üçün müraciətlərin
qəbulu və s.