Texniki şura tərifindən görülən işlər:

  • − 1 gün-tikinti obyektinə ən yaxın məsafədə yerləşən, lazımi gücə malik enerji mənbəyinin, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin verilməsi üçün optimal trassanın, eləcə də həmin trassa üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumların müəyyənləşdirilməsi;
  • − 3 gün-seçilən trassanın tələb olunan qurumlarla razılaşdırılması;
  • − 7 gün ETM tərəfindən texniki şərtlərin və layihə sənədlərinin hazırlanması;
  • − 1 gün- Texniki Şura tərəfindən hazırlanmış layihə sənədlərinə rəy bildirilməsi;
Tələb olunan sənədlərin siyahısı:
  • − Ərizə;
  • − VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);
  • − Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
  • − Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan sxem ilə birlikdə), müvafiq icra hakimiyyəti orqanının sərəncam (Ayrıc aktı ilə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), order (plan-sxem ilə birlikdə), alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə), istifadə hüququna dair sənəd (şəhadətnamə, dövlət aktı, çıxarış), mülkiyyət hüququnun tanınması haqqında məhkəmə qərarı);
  • − Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (elektrik qurğularının aktiv və reaktiv gücü, etibarlılıq üzrə kateqoriyası) barədə sənəd;
  • − Tikinti ərazisinin vəziyyət planı;
  • − Obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənəd (yük hesabatı);
  • − İxtisaslaşdırılmış müəssisələr tərəfindən tərtib edilən ərazinin geoloji mühəndis hesabatı (MTK olduğu halda);
  • − Obyektin tikintisinə dair layihənin surəti.
  • − Sifarişçinin ETM-ə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer).
Qeyd:
  • − Layihə sənədi sifarişçiyə təqdim olunduqdan sonra 1 ay ərzində elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənilmədikdə, sifarişçi tərəfindən yenidən müraciət olunmalıdır;
  • − Sifarişçi tərəfindən obyekt üçün tələb olunan enerji gücü yük hesabatına uyğun olaraq müəyyən olunur;
  • − Yuxarıda qeyd olunmuş bütün sənədlər iri enerji istehlakçıları (MTK-lar, iri müəssisələr və s.) olduğu halda tələb olunur, digər hallarda isə ilk 4 sənəd tələb olunur;
  • − Mənzil Tikinti Koorperativinin (MTK) binasında fəaliyyət göstərəcək qeyri-yaşayış sahələrinin MTK-nın istifadə etdiyi elektrik enerjisi şəbəkəsinə qoşulması üçün həmin MTK tərəfindən verilmiş razılıq arayışı tələb olunur;
  • − Enerji təchizatı şəbəkəsinə qoşulma layihə sənədlərində nəzərdə tutulan vəsait ödənildikdə sonra müəyyən olunmuş müddət ərzində həyata keçirilir.

10 gün-layihə sənədlərinin dəyərinin ödənilməsi və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi (Qoşulma ETM tərəfindən həyata keçirildikdə günlər layihə sənədlərində əks olunan vəsait bank hesabı vasitəsilə ödənildikdən sonra hesablanır, lakin qoşulma sahibkar tərəfindən cəlb olunmuş digər ixtisaslaşdırılmış müəssisə tərəfindən yerinə yetirildiyi təqdirdə, həmin ixtisaslaşdırılmış müəssisənin və ETM nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilməsi, istismara qəbul aktının imzalanması və ETM ilə sahibkar arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması üçün daha 2 gün tələb olunur)

Tikinti obyektinə elektrik enerjisinin verilməsi nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün ETM ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanır və ETM elektrik enerjisinin verilməsini təmin edir.