Tələb olunan sənədlərin siyahısı:

  • − Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi
  • − Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan-sxem ilə birlikdə), müvafiq icra hakimiyyəti orqanının sərəncamı (ayrıc aktı və ya plan sxem ilə birlikdə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), əmlakın qiymətləndirilməsi haqqında sənəd (müvafiq bələdiyyənin təsdiqi ilə), bələdiyyə və ya icra nümayəndəsinin arayışı (plan-sxem ilə birlikdə), order (plan-sxem ilə birlikdə), alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə).
  • − Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (yük hesabatı) - 3 fazlı sayğac tələb olunduğu halda.
Qeyd:
  • − Layihə sənədi sifarişçiyə təqdim olunduqdan sonra 1 ay ərzində elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclər ödənilmədikdə, sifarişçi tərəfindən yenidən müraciət olunmalıdır;
  • − Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir;
  • − Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə);
  • − Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər;
  • − Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir;
  • − Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu hallar istisna olmaqla) onların razılıq ərizəsi tələb olunur;
Ətraflı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 №-li Qərarı ilə təsdiq edilmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın 2.19 bəndinə əsasən sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər ödənilmədən Enerji Təchizatı Müəssisəsinin hesabına texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) 15 gün müddətində həyata keçirilir.