"Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

 

"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin "Azərişıq" ASC üzrə ümumi icra vəziyyəti haqqında hesabat

 

  • İtkilərin azaldılması üçün sayğacların quraşdırılması

    “Azərişıq” ASC tərəfindən 2017-ci il ərzində 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli sayğaclar quraşdırılmışdır, 2500-dən artıq bağlantıda elektrik enerjisinin uçotu dəqiqləşdirilmişdir. Lakin qeyri-elektron və xəta ilə işləyən sayğacların dəyişdirilməsi üçün 1 milyon ədədə yaxın müasir tipli sayğacların quraşdırılmasına ehtiyac vardır. Regionların əksər hissəsinin 0,4 kV-luq açıq naqillərdən ibarət şəbəkəsində neqativ hallar (kənar istifadə) nəticəsində yaranan itkilərin aradan qaldırılması üçün 38239 km 0,4 kV-luq ÖİN kabellərin quraşdırılmasına ehtiyac vardır ki, bu işlərin görülməsinə böyük maliyyə vəsaiti lazımdır. Nazirlər Kabinetinin 14 mart 2017-ci il 202s saylı sərəncamına əsasən Enerji satışından daxilolmaların yalnız 15 %-i “Azərişıq” ASC-yə ayrıldığından cəmiyyətin daxili imkanları hesabına görülməsi qeyri mümkündür

  • Elektrik enerjisinə yaranacaq tələbatın qarşılanması məqsədilə elektrik şəbəkələrində işlərin aparılması

    Master Plan çərçivəsində “Azərişıq” ASC tərəfindən 2017-ci il ərzində 110 kV-Iuq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-Iuq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiya tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilmiş, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilmişdir. Respublikada aparılan iri layihələrin Bakı Metropoliteni stansiyaların, “Ağ Şəhər” layihəsinin, “Aypara Şəhərciyi” kompleksinin, Port Baku Tower-2 layihəsinin, Füzuli meydanı ətrafının, Rayon İcra Hakimiyyətləri tərəfindən inşa edilən yaşayış komplekslərinin, Mikrorayonlarda köhnə binalarının əvəzinə yeni çoxmərtəbəli yaşayış binalarının, Bakı şəhəri üzrə sosial təyinatlı binaların, “Xəyal adası” kompleksinin, Yüksək Texologiyalar Parklarının, Kənd təsərrüfatının inkişafının, Sənaye məhəllələrinin, Aqro və Texno parkların tələb etdikləri güclərin 4000 MVt-dan yuxarı olması və bu güclərin istismar müddətini keçmiş, yük ötürmə imkanları az olan, şəbəkələr vasitəsi ilə yerinə yetirilməsi mümkün deyildir.

  • Elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi

    14 fevral tarixli, 2014-cü ildə FİCHTNER şirkəti tərəfindən hazırlanmış “2013-2025-ci illərdə “Azərbaycanın Enerji Sektoru üzrə Baş Planın Yeni Variantı” hesabatının təhlili hazırlanmışdır (Mercados tərəfindən 2010-cu ildə və TEPSCO tərəfindən 2013-cü ildə hazırlanmışdır). “Strateji Yol Xəritəsi”nin “Elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi”nə dair 3.2.6-ci bəndinin 1-ci yarımbəndi üçün həmin hesabat əsas götürülmüş və  “Azərişıq” ASC-nin Texniki Şurasının 10 fevral 2018-ci il tarixli, 17-002 nömrəli  qərarı ilə təsdiq edilmişdir.  “Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üçün Tədbirlər Planı (Master Plan) hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2016-cı il tarixli, 207s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. “Azərişıq” ASC-nin Texniki Şurasının 10 fevral 2018-ci il tarixli, 17-002 nömrəli qərarı ilə “Master Planın” əsas götürülməsi təsdiq edilmişdir. “Master planda” nəzərdə tutulmuş həmin tədbirlər 2018-cı ildə davam etdirilmişdir. :"Master plan" üzrə 2018-cı ildə nəzərdə tutulmuş işlər tam icra olunmuşdur. Belə ki, Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq "Bakıxanov" yarımstansiyasında yenidənqurma işIəri aparılmış, yarımstansiyada yeni 35 va 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz va vakuum tipIi elektrik avadanlıqlarla təchiz olunmuş, 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilmişdir. Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin 35/10 kV-luq 10 MVA gücündə, Türkan qəsəbəsində gülçülük kompleksinin 35/6 kV-luq 2x16 MVA gücündə 409 saylı, Qaradağ rayonunda 35/6 kV-luq 2x10 MVA gücündə 505 saylı, Abşeron rayonunda 35/6 kV-luq 10 MVA gücündə 506 saylı yarımstansiyalar inşa edilmişdir. "Bakı Ağ şəhər" şəhərsalma layihəsi çərçivasinda 110/35/10 kV-luq 2x50 MVA gücündə "Ağ şəhər-2" yarımstansiyası, 35/0,4 kV-luq 2 ədəd transformator məntəqəsi inşa edilmişdir. "Ağ şəhər-1" va "Ağ şəhər -2" yanmstansiyaları arasında iki dövrəli 14,4 km uzunluğunda 110 kV­luq kabel xətləri çəkilmişdir. Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Qəbələ", İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə "İsmayıllı", 110/35/10 kV-luq 10 MVA gücündə "Topçu", Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağdaş", Ağcəbədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağcəbədi-2", Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Cavad", Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə "Cəlilabad", Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə "Lənkəran-2", Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Tərtər", Quba rayonunda 35/10 kV-luq 4 MVA gücündə "Hil", 35/0,4 kV-luq 0, 1 MVA gücündə "Qaladallı", Xaçmaz rayonunda 35/0,4 kV-luq 0,1 MVA gücündə "Susayqışlaq", Xızı rayonunda 35/6 kV­luq 4 MVA gücündə "Şurabad", 35/10 kV-luq 1,8 MVA gücündə "Baxışlı", Qəbələ rayonunda 35/10 kV-luq 2x10 MVA gücündə "Vandam", İmişIi rayonunda 35/6 kV-lug 2x4 MVA gücündə "Bəhramtəpə" yarımstansiyaları inşa edilmişdir. Şabran rayonunda "Çıraqqala" aqroparkı üçün 35/10 kV-luq 4 MVA gücündə və 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Salyan rayonunda "Qızılağac" aqroparkı üçün 10/0,4 kV-luq 2x630 kVA gücündə, Qax rayonunda aqropark üçün 35/10 kV-luq 6,3 MVA gücündə, Tovuz rayonunda heyvandarlıq kompleksi üçün 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Füzuli rayonunda kənd təsərrüfatı obyekti üçün 10/0,4 kV-luq 2x1000 kVA gücündə, Ağcəbədi rayonunda fermer təsərrüfatı üçün 35/10 kV-luq 10 MVA gücündə yarımstansiyalar va transformator məntəqələri inşa edilərək istismara verilmişdir. Xəzər rayonu Şagan qəsəbəsinda 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 2x630 kVA gücündə 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunmuş, Abşeron rayonu Güzdək qəsəbəsində və Binəqədi-Novxanı yolunda 10 kV-luq paylayıcı qurğular tikilmişdir. Əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün 390 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, 121,8 km 35 kV-luq, 481,7 km 6-10 kV-luq, 1017,7 km 0,4 kV-luq kabel xətləri çəkilmiş, 33,7 km 110 kV-luq, 103,5 km 35 kV-luq, 962,8 km 6-10 kV-luq, 4514,7 km ÖIN 0,4 kV-luq hava xətləri, 32 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunmuşdur, 149131 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılmışdır. Cari il ərzində 108 ədəd 110 kV-luq, 258 ədəd 35 kV-luq, 2750 ədəd 6 va 10 kV-luq yarımstansiyalarda, 146,4 km 110 kV-luq, 660 km 35 kV-luq, 1750 km 6 va 10 kV-luq 4000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerine yetirilmiş, avadanlıqlarda va xətlərdə texniki vəziyyətinin yoxlanılması təmin olunmuş, müəyyən edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işlari aparılmış 950 ədəd 6-10 kV-luq, 27 ədəd 35 Kv-luq transformator əsaslı təmir olunmuşdur. 2018 - ci ildə regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş, 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılması nəzərdə tutulmuşdur. Cari ildə bu işlər 119 kənddə yekunlaşmışdır. Bu məqsədlə 34100 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətlari həyətyanı sahələrdən çölə çıxarılması, 58220 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış, 2535,7 km-dən çox ÖİN xətləri çəkilmişdir. "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası  Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 3535 saylı Sərəncamın icrası ilə əlaqədar "Azərişıq" ASC-nin balansına verilmiş, Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarda təmir və bərpa işləri aparılır. Stansiyalarının istehsal etdiyi elektrik enerjisini ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV - luq 4 MVA gücündə yarımstansiyalar inşa edilmiş, 110 kV-luq 4-cu Yaşma va 35 kV-luq Yaşma Bağlar hava xətləri ilə əlaqələndirilmişdir. Hesabat müddəti ərzində ümumilikdə 245620 ədəd olmaqla, əhali istehlakçılarına aid 223386 ədəd, qeyri-əhali istehlakçılarına aid 22234 ədəd uçot dəstləri yenisi ilə əvəz olunmuşdur. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə elektrik enerjisi itkiləri 9,7 %-ə qədər azaldılmış, ümumi yığım səviyyəsi isə 96,5 %-ə  çatdırılmışdır.

  • Ötürücü və paylayıcı şəbəkə üzrə məlumat bankının yaradılması

    “Azərişıq” ASC tərəfindən Elektron Xəritə üzərindən İdarəetmə Sistemi (EXİS) yaradılmış və 2017-ci ildə ŞAİS-in “ASAN xidmət”in elektron sisteminə inteqrasiya edilərək sistem üzərindən elektron xidmətlərin göstərilməsi və ŞAİS vasitəsi ilə göstərilən elektron xidmətlərin sayının artırılması, elektrik təchizatı şəbəkəsinə qoşulma nöqtələrində şəbəkənin sərbəst güclərinin ŞAİS üzərindən internet səhifəsində yerləşdirilməsi təmin olunmuşdur. Avtomatlaşdırılmış idarəetmə sisteminin əhəmiyyəti müəssisənin istismar fəaliyyəti, onun sahələri, avadanlıqlar, materiallar, funksional bölmələr, o cümlədən insan resursları, mühasibatlıq və nəqliyyatın, fəaliyyət haqqında qrafik və mətn məlumatlarının sistemin informasiya bazasında toplanaraq məsafədən idarəetməklə nəzarət olunma, işəsalma, dayandırma, yönləndirmə və s. əməliyyatların sistem vasitəsilə həyata keçirilməsidir. Məlumatların qəbul edilməsi, emal edilməsi, yığılması, təhlili, yenilənməsi, istifadəçiyə ötürülməsi, qorunması, arxivləşdirilməsi və bütün bu proseslərin idarə olunması real vaxt rejimində aparılır. Elektron Xəritə üzərində İdarəetmə Sistemindən (EXİS) gözlənilən nəticələr: • EXİS-in Elektron Hökümət sisteminə inteqrasiyası; • EXİS-in “ASAN xidmət”ə bağlanması və sistem üzərindən elektron xidmətlərin göstərilməsi; • İstehlakçıların “Azərişıq” ASC-yə birbaşa onlayn müraciəti zamanı şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə EXİS vasitəsi ilə göstərilən elektron xidmətlərin sayının artırılması. ETŞ-yə qoşulma nöqtələrində şəbəkənin sərbəst güclərinin EXİS üzərindən internet səhifəsində yerləşdirilməsi; • “Azərişıq” ASC üzrə texniki bazanın EXİS üzərindən təminat və təchizat planının aparılması; • SCADA sisteminin EXİS ilə əlaqələndirilməsi və mövcud vəziyyətin dəqiq qiymətləndirilərək açılmalara səbəb ola biləcək qəzalar üzrə qabaqlayıcı tədbirlərin görülməsi; • “Azərişıq” ASC-nin nəqliyyat xidmətinin EXİS üzərindən naviqasiya ilə idarə olunması; • Perspektiv planların sistem tərəfindən aparılan analizə uyğun tərtib olunması; • İstehlakçıların dayanıqlı, fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması üçün EXİS üzərindən paylayıcı şəbəkələrin gərginlik siniflərinə uyğun olaraq dairəvi sxemlərin qurulması; • EXİS üzərindən məhəllə planına uyğun aparılan yenidənqurma, əsaslı təmir və cari təmir işlərinin fiksasiyası; • Digər dövlət qurumları ilə məlumat mübadiləsinin EXİS üzərindən qurulması (misal üçün Fövqəladə Hallar Nazirliyi və ya Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib olunan yenidən qurulan ərazilərin müfəssəl planının tərtibatı zamanı EXİS-dən istifadə olunması).

  • İtkilər barədə ictimaiyyətin məlumatlandırılması

    “Azərişıq” ASC üzrə  11.01.2018-cı il tarixli, S-18/0135 saylı Sərəncam verilmiş, 16.10.2018-cı il tarixli, XT-18/3422  saylı Mətbuat xidmətinin təqdimatına əsasən müvafiq təsdiqedici məlumatlar aidiyyatı orqanlara təqdim olunmuş, Kütləvi İnformasiya Vasitələrində istehlakçılar tərəfindən elektrik enerjisinə qənaət olunmasının vacibliyini göstərən reklam çarxları göstərilmiş və izahat verən yazılar dərc edilmişdir. “Azərişıq” ASC üzrə görülmüş işlərə dair məlumatlar Səhmdar Cəmiyyətin rəsmi saytında mütəmadi yerləşdirilir. Müvafiq  təsdiqedici sənədlər (CD formasında video materiallar, qəzetlərdən çıxarışlar, mətbuat orqanları ilə bağlanmış müqavilələrin sürəti həmçinin rəsmi saytımız üzrə TV link( http://www.azerishiq.az/tv ) əlavə olunmuşdur) Energetika Nazirliyinə təqdim olunmuşdur.

  • İtkilərin azaldılması layihələrinin prioritetləşdirilməsi

    “Azərişıq” ASC üzrə elektrik paylayıcı şəbəkələrdə əsas itki mənbələrinin müəyyən edilməsi və prioritetləşdirilməsi, habelə hər bir layihə üzrə investisiya tələbi araşdırılaraq hazırlanmış hesabatlar təsdiqedici sənədlərlə birlikdə  Energetika Nazirliyinə təqdim olunmuşdur. “Azərişıq” ASC üzrə elektrik paylayıcı şəbəkədə əsas itki mənbələrinin müəyyən edilməsi və prioritetləşdirilməsi üzrə araşdırma hesabatlarında Mənfəət-zərər təhlili aparılaraq Energetika Nazirliyinə təqdim olunmuşdur. Aparılmış araşdırılmaların nəticəsi olaraq itki faizi daha çox olan 0.4 KVt-luq elektrik şəbəkələrinin yenidən qurulması üzrə tədbirlər planı hazırlanmış, Texniki Şuranın 03.02.2017-ci il tarixli, 17-001 nömrəli qərarı ilə təsdiq olunmuş  həmin Tədbirlər Planına uyğun olaraq 158 kənd və qəsəbənin 0.4 KVt-luq elektrik şəbəkələrinin yenidən qurulması həyata keçirilmişdir. 

Close