Azərbaycan Respublikasının Dövlət himni haqqında Azərbaycan Respublikasının Qanunu

28.06.2018 / 11 baxış

Azərbaycan Respublikasının Dövlət himni haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan «Azərbaycan marşı» Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV

Bakı şəhəri, 27 may 1992-ci il

? 142

«Həyat» qəzetində dərc edilmişdir (04 iyul 1992-ci il, ? 130) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 iyun 1992-ci il, ? 11 (864) maddə 384) («VES Consultancy» LLC).


Azərbaycan marşı

Musiqisi: Üzeyir Hacıbəyovun,

Sözləri: Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!