Azərbaycan Respublikasında malların, işlərin və xidmətlərin dövlət satın alınmasında korrupsiya və dələduzluq hallarının qarşısının alınmasına dair METODIKI TƏLIMAT

28.06.2018 / 95 baxış

1. Ümumi müddəalar

      1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət Proqramı"nın icrasını təmin edərək, Azərbaycan Respublikasının dövlət satınalmalarında korrupsiya və dələduzluq hərəkətlərinin qarşısını almaq və bu istiqamətdə mübarizəni gücləndirmək məqsədi daşıyır. 
      2.  Təlimatda açıqlanan ümumi prinsiplər və tələblər Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınmasında tətbiq olunur. 
      3.  Dövlət satınalmalarında dövlət vəsaitlərinin xərclənməsinə cavabdeh olan və satınalmalara cəlb olunan hüquqi və fıziki şəxslər dövlət satınalmalarının təşkilində öz vəzifələrini yerinə yetirərkən işgüzar etikanın ən yüksək tələblərinə riayət etməli və dövlət vəsaitlərinin istifadəsi zamanı korrupsiya və dələduzluq hallarının qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər.

2. Korrupsiya və dələduzluq hərəkətləri

      1. Korrupsiya və dələduzluq hərəkətləri aşağıdakılardan ibarətdir: "Korrupsiya" - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fıziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. 
      "Dələduzluq" - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsidir.
      "Əlbir hərəkətlər" - iki və ya daha artıq şəxsin öz aralarında razılaşaraq, qanunsuz məqsədlərə çatmağa, o cümlədən digər tərəfin fəaliyyətinə qanunsuz təsir göstərməyə yönəlmiş hərəkətləridir.
      "Məcburi hərəkətlər" - hər hansı bir şəxsin fəaliyyətinə qanunsuz təsir göstərmək məqsədi ilə birbaşa və ya dolayı yol ilə həmin şəxsin özünə və ya əmlakına ziyan vurulmasına və ya ziyan vurmaqla hədələnməsinə yönəldilmiş hərəkətlərdir.
      Yuxarıda qeyd olunan hallar ümumiləşdirilərək təlimatda korrupsiya və dələduzluq adlandırılır.

3. Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin pozulması nəticəsində korrupsiya və dələduzluq hərəkətlərinə şəraityaradan hallar

      Dövlət satınalmalarında dövlət vəsaitlərinin istifadəsinə cavabdeh olan və satınalmalara cəlb olunan şəxslər tərəfindən yol verilən aşağıdakı qanun pozuntuları korrupsiya və dələduzluq hərəkətlərinə şərait yarada bilər:
      a) "Dövlət satınalmaları haqqında" Qanunun (bundan sonra "Qanunun") 17.2-ci və 20.2-ci maddələrinin tələblərini pozaraq, açıq tender keçirməkdən yayınmaq məqsədi ilə satın alınan malların (işlərin və ya xidmətlərin) süni surətdə ayrı-ayrı qismlərə bölünməsi; 
      b) dövlət ehtiyacları üzrə tələbatm ödənilməsi üçün keçiriləcək satınalma prosesinin bilərəkdən ləngidilməsi və ya uzadılması; 
      c) tender komissiyasının formalaşdırılması zamanı Qanunun 23.2-ci maddəsinin tələblərinə riayət edilməməsi; 
      ç) dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirakçılara qarşı bərabər münasibət prinsipinin pozulması, hər hansı iddiaçınm tərəfıni saxlayaraq ona üstünlük verilməsi; 
      d) keçirilən müsabiqələrdə rəqabətin təmin edilməməsi, iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə aşkar etdikdə lazımi tədbirlər görülməməsi; 
      e) dövlət satınalmalarında saxtakarlıq və maraqların ziddiyyəti halları baş verən zaman Qanunun 12 və 13-cü maddələrinin tələblərinin yerinə yetirilməməsi; 
      ə) müsabiqə qalibinin seçilməsi zamanı tender təkliflərinin qiymətləndirilməsində subyektivliyə yol verilməsi;
      f) tender prosedurları zamanı iddiaçılar tərəfindən təqdim olunmuş tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi ilə əlaqədar həmin iddiaçılarla hər hansı danışıqların aparılması; 
      g) müsabiqə nəticəsində qalib gəlmiş iddiaçı ilə tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olmayan şərtlərlə satınalma müqaviləsinin bağlanması və bağlanmış müqavilədə sonradan hər hansı bir dəyişikliklərin edilməsi; 
      h) dövlət vəsaiti hesabına mallann, işlərin və xidmətlərin satın alınması üzrə müsabiqə qalibləri ilə bağlanan müqavilələrin icrası zamanı dövlət risklərinin azadılması, dövlət sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətlə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş zəmanətlərin və təminatların tələb edilməməsi.

      4. Dövlət satınalmalarında korrupsiyaya və dələduzluq hərəkətlərinə qarşı mübarizə aparmaq və belə halların qarşısını almaq məqsədilə tələb olunan tədbirlər

      Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satın alınmasında korrupsiya və dələduzluq hərəkətlərinin qarşısını almaq və ayrılmış maliyyə vəsaitinin səmərəli və qənaətb istifadə olunmasını təmin etmək məqsədi ilə satınalan təşkilat dövlət satınalmaları üzrə müsabiqəbri şəffaflıq və aşkarlıq şəraitində keçirməli və bütün iddiaçılara bərabər rəqabət mühiti yaratmalıdır. Bu məqsədlərə nail olmaq üçün satınalan təşkilat: 
      - satın alınacaq mallara, işlərə və xidmətlərə olan illik təbbatı müəyyənləşdirməli və satınalmaların qanunvericilik tələblərinə uyğun təşkili üçün keçiriləcək müsabiqələrin vaxtını qabaqcadan planlaşdırmalı;
      - satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiyməti 50 min manat və bu məbbğdən yüksək olduqda müsabiqələrin Qanunun 17.1-ci maddəsinin müddəalarına əsasən açıq tender üsulu ilə keçirilməsi üçün tədbirlər görməli;
      -  satınalmalar üzrə müsabiqələrin təşkili üçün Qanunun tələblərinə uyğun olaraq tender komissiyasını formalaşdırmalı, müsabiqənin şərtlər toplusunu hazırlamalı, rəqabəti təmin etmək məqsədi ilə müvafıq sahədə ixtisaslaşmış və potensial imkanı olan şirkətlərə fərdi dəvətlər göndərməli, tələb olunan hallarda mətbuatda elan və ya bildiriş dərc etdirməli; 
      - müsabiqə proseduralarında iddiaçılar tərəfindən təqdim olunan təkliflərin  baxılması,   onların   qiymətləndirilməsi,   müqayisəsi   məxvi şəraitdə aparmalı və qalib şirkətlərin seçilməsində subyektiv halların qarşısını almaq məqsədi ilə Qanunun 36.7.1-ci maddəsinin tələblərinə uyğun olaraq hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı qiyməti olan təklif və ya 36.7.2-ci maddənin tələblərinə uyğun olaraq, kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan təklifı əsas götürməli;
      - dövlət satınalmalarında dövlət vəsaitlərinin istifadəsi zamanı aşkar olunmuş korrupsiya və dələduzluq halları haqqında aidiyyəti dövlət qurumlarını dərhal məlumatlandırmalı;
      - satınalmalara cəlb olunan şəxslərin dövlət satınalmalarında korrupsiya və dələduzluq hərəkətləri ilə məşğul olduğu aşkar olunarsa, öz səlahiyyətləri çərçivəsində həmin şəxsləri o andan etibarən satmalma prosesindən kənarlaşdırmalı və bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinə məlumat verməli;
      -  dövlət vəsaitinin istifadəsində korrupsiya və dələduzluq hallarının araşdırılması zamanı istintaq aparan şəxslərə hər cür köməklik göstərməli; 
      - açıq tender, ikimərhələli tender, qapalı tender, məhdud tender, təkliflər sorğusu və kotirovka sorğusu metodları, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru, xidmətlərin satın alınmasının əsas üsulu ilə həyata keçirilən müsabiqələrin nəticəsində tərtib edilmiş tender komissiyasının yekun protokollarının surətini qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim etməli; 
      -  dövlət satınalmalarına cəlb olunan şəxslər və aidiyyəti təşkilatların nümayəndələrinə təlimatla tanış olmaq üçün şərait yaratmalıdırlar.