Paytaxt və bölgələrdə növbəti dəfə elektrik enerjsinin talanması halları aşkarlanıb. 

“Azərişıq” ASC-nin əməkdaşları vəzifə təlimatına uyğun, ayda bir dəfə olmaqla elektrik sayğaclarının oxunmasını həyata keçirir. Bu vəzifənin növbəti icrası zamanı təəssüf ki, bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunub.

Ümumilikdə bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik  enerjisinin miqdarı isə 17 milyon kVts-dan çox olub.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə  keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar. Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal daynadırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.



Digər xəbərlər