Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 7-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Şimal-Qərb RETSİ-nin Qəbələ şəhərində yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib. 30 Yanvar 2024
- “Azərişiq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 26 Yanvar 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 11 Mart 2024