"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-u saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Yevlax EŞ-nə və Mingəçevir EŞ-nə, həmçinin "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Digər xəbərlər
- “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir. 19 Aprel 2024
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin yeri. 26 Yanvar 2024
- Sahibkarlıq subyektlərinin ETŞ –yə qoşulması proseduru sadələşdirilir. 14 Mart 2024
- “Azərişiq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 26 Yanvar 2024