
Hörmətli xanımlar!
Sizi 8 Mart-Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və ailə səadəti arzulayıram.
Azərbaycan Qadını ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak etmiş, xalqımızın milli və ailə dəyərlərinin qoruyucusu, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur.
Elm, mədəniyyət, təhsil və həyatımızın digər sahələrində olduğu kimi elektroenergetika sahəsində də Azərbaycan Qadınının xüsusi yeri və önəmli xidmətləri vardır. Hər bir evə nur bəxş etmək kimi şərəfli, xeyirxah və məsuliyyətli peşə sahibləri olan qadın əməkdaşların zəhməti çox böyük dəyərlərə və yüksək hörmətə layiqdir.
Əziz qadınlar, sizi bir daha bayram münasibətilə təbrik edir və hamınıza Qadın Xöşbəxtliyi arzulayıram!!!
Bayramınız mübarək olsun!!!
Hörmətlə,
B.Rzayev
“Azərişıq” ASC-nin Sədri

Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026