MƏXFİLİK SİYASƏTİ
Bu Siyasət “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərişıq” ASC) və onunla əlaqəli şəxslər, o cümlədən “Azərişıq” ASC ilə eyni hüquqi-kommersiya qrupuna daxil olan bütün şəxslər (bundan sonra – Əlaqəli Şəxslər) tərəfindən istifadəçilərdən toplanan bütün fərdi məlumatlara şamil olunur. Siyasət “Azərişıq” ASC-nin veb-saytları, xidmətləri, proqram təminatı və məhsulları (birgə və ayrı-ayrılıqda – Xidmətlər) vasitəsilə əldə olunan məlumatlara, habelə “Azərişıq” ASC və Əlaqəli Şəxslər tərəfindən təqdim olunan Xidmətlərlə bağlı istənilən müqavilə və/və ya sazişin icrası zamanı toplanan məlumatlara da tətbiq edilir.
1. Mövcud Siyasətə əsasən, "istifadəçinin fərdi məlumatları" aşağıdakılardır:
1.1. İstifadəçi tərəfindən qeydiyyat (şəxsi hesabın yaradılması) zamanı və ya Xidmətlərdən istifadə prosesində təqdim olunan, habelə istifadəçiyə aid olan digər fərdi məlumatlar. Xidmətlərin göstərilməsi üçün zəruri hesab edilən və təqdim olunması məcburi olan məlumatlar xüsusi işarə ilə qeyd olunur. Digər məlumatların təqdim olunması isə istifadəçinin iradəsinə əsasən həyata keçirilir.
1.2. İstifadəçinin Xidmətlərdən istifadə etdiyi zaman, istifadəçinin istifadə etdiyi texniki vasitələr və proqram təminatı (o cümlədən brauzer və ya digər proqram təminatları) tərəfindən avtomatik şəkildə ötürülən texniki xarakterli məlumatlar. Bu məlumatlara IP ünvanı, şərtlər (cookie) faylları barədə informasiya, istifadə olunan brauzer və ya proqram təminatı barədə məlumat, müraciətin tarix və saatı, müraciət olunan veb-səhifənin ünvanı və digər oxşar texniki məlumatlar daxildir.
1.3. İstifadəçiyə dair digər məlumatlar yalnız müvafiq Xidmətlərin tənzimləyici sənədlərində (o cümlədən, istifadəçi razılaşması, təqdim olunma şərtləri və s.) nəzərdə tutulduğu halda toplanır və ya təqdim olunur.
1.4. Bu Məxfilik Siyasəti yalnız “Azərişıq” ASC-nin təqdim etdiyi Xidmətlərə şamil olunur. “Azərişıq” ASC üçüncü şəxslərə məxsus internet saytlarına nəzarət etmir və həmin resurslarda məlumatların toplanması, emalı və ya digər fəaliyyətlərə görə məsuliyyət daşımır. İstifadəçi “Azərişıq” ASC-nin Xidmətlərində yerləşdirilmiş keçidlər (hiperlinklər) vasitəsilə üçüncü şəxslərə məxsus internet saytlarına yönləndirilə bilər və bu hallarda həmin saytlar tərəfindən istifadəçinin fərdi məlumatlarının toplanması, emalı və digər hüquqi və texniki proseslərin həyata keçirilməsi mümkündür.
1.5. “Azərişıq” ASC ümumilikdə istifadəçilər tərəfindən təqdim edilən fərdi məlumatların düzgünlüyünü yoxlamaq və ya onların hüquqi fəaliyyət qabiliyyətini qiymətləndirmək vəzifəsini daşımır. Bununla belə, “Azərişıq” ASC istifadəçinin qeydiyyat formasında təqdim etdiyi məlumatların düzgün, dolğun və istifadəçiyə aid olduğunu, habelə bu məlumatların aktuallığını qoruyub saxladığını əsas götürür. Fərdi məlumatların düzgün təqdim olunmaması və nəticədə yaranan hüquqi məsuliyyət tam şəkildə həmin məlumatları təqdim edən istifadəçinin üzərinə düşür.
1.6. İstifadəçi tərəfindən fərdi məlumatların emalına verilmiş razılıq, istifadəçinin sayt və / və ya Xidmətlərdə qeydiyyatdan keçdiyi andan etibarən qeyri-müəyyən müddət ərzində qüvvədə qalır və onun dövri təsdiqlənməsi tələb olunmur. “Azərişıq” ASC toplanmış fərdi məlumatlardan yalnız qanunvericilikdə müəyyən edilmiş məqsədlər çərçivəsində istifadə edir və həmin məlumatların saxlanması, qorunması və üçüncü şəxslərə ötürülməsi yalnız müvafiq qanunvericilik və normativ hüquqi aktların tələblərinə uyğun qaydada həyata keçirilir.
2.1. “Azərişıq” ASC yalnız Xidmətlərin təqdim olunması və göstərilməsi məqsədilə (istifadəçi ilə bağlanmış müqavilələrin icrası üçün) zəruri olan fərdi məlumatları toplayır, emal edir və saxlayır. Bu fəaliyyətlər müvafiq qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir.
2.2. “Azərişıq” ASC istifadəçinin fərdi məlumatlarını aşağıdakı məqsədlərlə istifadə edə bilər:
2.2.1. İstifadəçi ilə “Azərişıq” ASC arasında bağlanmış müqavilə və sazişlərdə tərəfləri müəyyən etmək;
2.2.2. İstifadəçi qarşısında olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri məlumatların emalı;
2.2.3. İstifadəçi ilə əlaqə saxlamaq, o cümlədən Xidmətlərin istifadəsi və göstərilməsi ilə bağlı bildirişlər, sorğular və məlumatlar göndərmək, eləcə də istifadəçinin sorğu və müraciətlərini cavablandırmaq;
2.2.4. Xidmətlərin keyfiyyətini artırmaq, istifadənin rahatlığını təmin etmək və yeni Xidmətlər yaratmaq;
2.2.5. Reklam və marketinq materiallarının hədəflənməsi;
2.2.6. Anonimləşdirilmiş məlumatlar əsasında statistik və digər elmi-tədqiqat məqsədli araşdırmalar aparmaq.
3.1. İstifadəçinin fərdi məlumatları, onun müvafiq qanunvericiliklə nəzərdə tutulmuş açıq və qəti razılığı olmadan, üçünçü şəxslərin ümumi istifadəsinə təqdim edilmir və müvafiq qaydada qorunur.
3.2. “Azərişıq” ASC istifadəçinin fərdi məlumatlarını üçüncü şəxslərə yalnız aşağıdakı hallarda ötürmək hüququna malikdir:
3.2.1. İstifadəçinin fərdi məlumatlarının ötürülməsinə açıq, qəti və məlumatlı razılığının olması halında;
3.2.2. Fərdi məlumatların ötürülməsi istifadəçinin müəyyən xidmətlərdən istifadəsi və ya ona xidmət göstərilməsi məqsədilə zəruri olduqda;
3.2.3. Fərdi məlumatların ötürülməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş prosedurlar və qaydalar əsasında həyata keçirildikdə;
3.2.4. “Azərişıq” ASC-nin fəaliyyətini həyata keçirdiyi xidmətin tam və ya qismən satışı, habelə başqa şəkildə ötürülməsi zamanı, əldə edən tərəfin həmin fərdi məlumatlara qarşı bu Siyasətdə nəzərdə tutulmuş tələblərə riayət etməsi ilə bağlı öhdəlik götürməsi halında;
3.2.5. İstifadəçinin “Azərişıq” ASC-nin ictimai təklifinin şərtlərini pozması halında, “Azərişıq” ASC-nin və ya üçüncü şəxslərin hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə.
4. İstifadəçinin fərdi məlumatları üzərində dəyişiklik etməsi
4.1. İstifadəçi istənilən vaxt təqdim etdiyi fərdi məlumatları və ya onun bir hissəsini dəyişə (yeniləyə, əlavələr edə) və həmçinin onun məxfiliyinə dair parametrləri tənzimləyərək “Şəxsi kabinet” bölməsində fərdi məlumatları redaktə etmək funksiyasından istifadə edə bilər. İstifadəçi “Azərişıq” ASC-dən təqdim etdiyi fərdi məlumatların və ya onun bir hissəsinin dəqiqləşdirilməsini, bloklanmasını və ya silinməsini tələb etmək hüququna malikdir, əgər fərdi məlumatlar tamamlanmamış, köhnəlmiş, qeyri-dəqiqdirsə və ya göstərilən emal məqsədi üçün yararsızdırsa, həmçinin öz hüquqlarını qorumaq məqsədilə qanunla nəzərdə tutulmuş tədbirləri görmək hüququna sahibdir.
5. İstifadəçilərin fərdi məlumatlarının qorunması üçün tətbiq olunan tədbirlər:
5.1. “Azərişıq” ASC istifadəçinin fərdi məlumatlarının qanunsuz və ya təsadüfi daxil olmadan, məhv edilməsindən, dəyişdirilməsindən, bloklanmasından, surətinin çıxarılmasından, yayılmasından və digər qanunsuz hərəkətlərdən qorunması məqsədilə zəruri və kifayət qədər təşkilati və texniki tədbirlər görür.
6. Məxfilik Siyasətinin dəyişdirilməsi. Tətbiq olunan qanunvericilik
6.1. “Azərişıq” ASC bu Məxfilik Siyasətində istənilən vaxt dəyişikliklər etmək hüququna malikdir. Hər bir dəyişiklik edildikdə, aktual redaksiyada həmin dəyişikliklərin qüvvəyə mindiyi sonuncu yeniləmə tarixi dəqiq göstərilir. Yeni redaksiya, yalnız Məxfilik Siyasətinin yeni redaksiyası ilə başqa cür müəyyən olunmadığı halda, www.expaz.az saytında dərc edildiyi andan qüvvəyə minir.
6.2. Bu Məxfilik Siyasəti və istifadəçi ilə “Azərişıq” ASC arasında yaranan münasibətlərə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur.
6.3. İstifadəçilərin fərdi məlumatlarının emalı zamanı “Azərişıq” ASC Azərbaycan Respublikasının “Fərdi məlumatların qorunması haqqında” qanununa tam əməl edir və onun tələblərinə uyğun hərəkət edir.
7. Əlaqə. Suallar və təkliflər
7.1. Bu Siyasətə dair bütün təkliflər və suallar aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:
Elektron ünvan: ___________________
Əlaqə nömrələri:___________________
|
Normativ aktlar |
|
|
|
|
|
|