“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi yeni dizaynda və təkmilləşdirilmiş formada istifadəyə verilib

15.12.2018 / 415 baxış “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi yeni dizaynda və təkmilləşdirilmiş formada istifadəyə verilib

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi – www.azerishiq.az saytı yeni dizaynda və təkmilləşdirilmiş formada  istifadəçilərin ixtiyarına verilib. Saytın təkmilləşdirilməsi “Azərişıq” ASC-nin “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirdiyi addımlardan biridir. Əsas məqsəd əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidır.

 

Azərbaycan, Rus və İngilis dillərində hazırlanmış saytın strukturu təkmilləşdirilərək istifadəyə verilmişdir.

 

İnternet səhifəsində “Azərişıq” ASC-nin fəaliyyəti, strukturu,  elektrik şəbəkəsinin tarixi, həyata keçirilən yeni layihələr, elektrik enerjisinin keyfiyyəti, elektroenergetika sahəsində qanunvericilik, abonentlərlə işin təşkili və s. mövzular barədə ətraflı məlumatlar yer alıb.

 

Saytın interaktiv xəritəsində “Azərişıq” ASC-nin Rayon Enerji Təchizatı və Satışı İdarələrin yerləşdiyi ünvanlar, iş saatı, telefon nömrələri və elektron poçt ünvanları qeyd edilib.

 

Saytın yaradılması nəticəsində ASC üzrə “199” saylı Çağrı mərkəzinə daxil olan zənglərin sayının azalacağı, şikayətlərin daha operativ həll ediləcəyi, ASC-nin fəaliyyəti haqqında məlumatların ictimaiyyətə daha tez və dolğun çatdırılacağına nail olunacaq.

 

Yeni formalaşdırılmış foto və video qalereya bölmələri Səhmdar Cəmiyyətin fəaliyyətinə dair geniş məlumat bazası ilə zənginləşdirilib.

 

Bundan əlavə abunəçilərin rahatlığı üçün tez-tez yaranan suallardan ibarət FAQ bölməsi yaradılıb. Burada saytımızın izləyiciləri yarana biləcək suallara hazır cavab əldə edə biləcəklər.

 

Müasir dövrün tələblərinə uyğun olaraq saytın hazırlanması zamanı yeni informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. İstifadəçilər “Azərişıq” ASC-nin elektron xidmətlər portalında yerləşdirilmiş bütün elektron xidmətlərindən onlayn rejimdə istifadə edə bilər. Yeni saytda elektron xidmətlərə birbaşa keçidin təmin olunması həmin xidmətlərdən operativ istifadə etməyə imkan yaradır.

 

İlk dəfə olaraq Dövlət Xidmətləri Portalı yeni sayta inteqrasiya edilib və istehlakçılar bu xidmətlərdən də yararlana  bilərlər.  www.azerishiq.az  saytını mobil qurğularda  (ios, android) tətbiq etmək üçün müvafiq proqramlar işlənilib və istifadəçilərin ixtiyarına verilib.

 

Fəaliyyətinin beynəlxalq standartlara uyğun quran “Azərişıq” ASC istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə etməklə istehlakçılara yüksək keyfiyyətli xidmət verilməsinə nail olmuşdur. Artıq istehlakçılar şəxsi kabinetdən istifadə edərək “Azərişıq” ASC-nin aşağıda qeyd edilən elektron xidmətlərdən istifadə edə biləcəklər:

- İstifadə olunan elektrik enerjisinin hesablama kalkuyatoru

- Texniki Şərt üçün olunan müraciətlərin nəticələrinə onlayn baxılması xidməti

- Elektron Müraciətlər (şikayətlər, təkliflər, istəklər və s kimi müraciətlər nəzərdə tutulur)

- Elektron Borc Öyrənmə

- Elektron abonent kodu öyrənmə

- Onlayn Ödəmə xidmətləri

- Aktlar barədə məlumat

- info@azerishiq.az e-mail ünvanına daxil olmuş bütün müraciətlər qısa müddətdə cavablandırılır.

- Elektron Faktura (son 1 il ərzində enerji sərfiyyatı və ödənilən məbləğləri əldə etmək olur)

- Müştəri portalı.

 

Hazırda saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.