• Azerbaijan
  • English
  • Russian

Лаборатория счетчиков


SMART SMS SAYĞACLARI

Hörmətli abonent !

Sizin mənzilinizdə, fərdi tikilinizdə,bağ evinizdə,ofisinizdə quraşdırılmış smart sms sayğacı inkişaf etmiş ölkələrdə tətbiq edilən və geniş texniki imkanlara malik müasir bir ölçü cihazıdır. Bu sayğacdan nə cür istifadə etmək, lazım olan məlumatları sayğacdan hansı yolla əldə etməkdən ötrü bu yaddaş kitabçası ilə yaxından tanış olmağınız vacibdir.

İlk öncə biləsiniz ki,

- Bu sayğac vasitəsilə siz istifadə etdiyiniz enerji sərfiyyatına şəxsən nəzarət edə biləcəksiniz. Yəni, yalnız ödədiyiniz məbləğ müqabilində enerjidən istifadə edəcəksiniz. Başqa sözlə, sizin bu kommunal xidmətlə bağlı aylıq ailə büdcənizi əvvəlcədən planlaşdırmaq imkanınız olacaqdır.

- Balansınızda mövcud olan kredit məbləği 5 AZN məbləğindən aşağı olduğu təqdirdə mərkəzi idarəetmə sistemi tərəfindən balansınızın azalması barədə sizə sms mesaj vasitəsi ilə məlumat veriləcəkdir.

- Ödənişi ölkəmizdə mövcud olan ödəniş sistemləri vasitəsi ilə- Bank və poçt şöbələrindən, əhalinin sıx məskunlaşdığı ərazilərdə, metropolitendə, ticarət mərkəzlərində quraşdırılan PayPoint ödəmə maşınlarından, bankomatlardan və plastik kartlar vasitəsi ilə internet şəbəkəsindəki elektron-ödəmə resurslarından (bes.az, Azəricard,Goldenpay və s) istifadə etməklə edə bilərsiniz.

Qeyd: Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq 10 AZN məbləğində kredit müəssisə tərəfindən yüklənir. Həmin məbləğ siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.

Smart sms sayğaclardan istifadə qaydaları

image002_.gif, 4 kB

Sayğacın üzərindəki mavi düyməni ardıcıl sıxmaqla sayğacın ekranındakı aşağıdakı məlumatları əldə edə bilərsiniz:

- Sayğacdakı mövcud kredit məbləği(AZN);

- Sayğacın göstəricisi(kvts);

- Elektrik enerjisinin tarifi ( 7 qəpik);

- Ayın tarixi və saat;

- Son ödəniş məbləği.


image008_.gif, 47 kB


Unutmayın:

- Sayğacın kredit məbləği bitdikdə sayğac elektrik enerjisinin verilişini avtomatik olaraq dayandıracaqdır !

Həmin anda ödəmə imkanınız olmazsa narahat olmağa dəyməz! Çünki sayğacın üzərində olan narıncı düyməni 2-3 saniyə ərzində sıxılı vəziyyətdə saxlamaqla ehtiyat kreditdən istifadə edə bilərsiniz.Ehtiyat kredit 10 AZN məbləğində müəyyən edilmişdir.

Diqqət !

image006_.gif, 4 kB

İstifadə olunanEhtiyat kredit məbləği ödəniləcək məbləğdən tutulacaqdır.

- Elektrik enerjisini yenidən bərpa etmək sizin ixtiyarınıza verilmişdir. Bundan ötrü sayğacın

göy rəngli düyməsini sıxmaq kifayətdir.

Qeyd: Sayğacın fərdi qaydada göy düyməyə sıxaraq işə salınması zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması zəruridir.

- SMS sayğacların gövdəsindəki möhürlərin, birləşmə yuvalarının, qoşulma vasitələrinin, ekranının dəlici-deşici və ya hansı bir vasitə ilə zədələnməsi/sıradan çıxarılması, düymələrin xaotik qaydada sıxılması hallarında dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndəriləcəkdir;

- Yüksək elektro-maqnit nüfuzluğuna malik cihaz və avadanlıqların sayğacın gövdəsinə və ya qoşulma/birləşmə xətlərinə yaxınlaşdırılması - maqnit sahəsinə həssas sensor tərəfindən qeydə alınır, dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndərilərək elektrik enerjisi verilişi dayandırılır;

- Sayğacın daxilindəki xüsusi sim-kart adi mobil telefonlarda istifadə üçün yararsızdır!

AMPY sayğaclarının işləmə qaydaları

Böyük Britaniya istehsalı olan AMPY tipli elektron sayğacları GenerisTechnology şirkəti tərəfindən işlənib hazırlanmış bir kristallı mikro-kontrollerin bazası üzərində qurulmuşdur. Sayğaclar 1-fazlı və 3-fazlı şəbəkə növləri üçün nəzərdə tutulmuşdur. Sayğacın bütün modelləri infraqırmızı (IRDP) məlumat mübadiləsi portu (kanalı) ilə təchiz edilmişdir. Bu da, öz növbəsində cihazın yaddaş blokuna müraciəti asanlaşdırır və informasiya oxunuşunu istismar yerindəcə həyata keçirməyə şərait yaradır. AMPY tipli elektron sayğaclarının sayğac sabiti 1000impuls=1kiloVatt/saat olduğu halda, sayğac sərf olunan elektrik enerjisinin 1 vatt/saat qeydiyyatını belə, apara bilir. 1-fazlı AMPY sayğaclarında displey göstəricisi 5 və ya 6 rəqəmli olur. Hər iki tipdə nöqtədən sonrakı (soldan sağa) rəqəm hesablaşma zamanı nəzərə alınmır (xüsusi hallar istisna olmaqla).

3-fazlı AMPY sayğaclarında displey göstəricilərinin səhifələnməsi (yaddaş yuvalarının ardıcıl müraciət imkanı) funksiyası xüsusi nəzərdə tutulmuş mavi və ya göy rəngli düymə vasitəsi ilə həyata keçirilir. Hər dəfə düymə basıldıqda, proqram təminatından asılı olan ardıcıllıqla, ekrana müvafiq olaraq A, B və C fazalarının faktiki qeydə alınmış yükü, t o t-yəni, (total) ümumi 3-faz şəbəkənin enerji sərfiyyatı, real vaxt və tarix, reaktiv enerji sərfiyyatı (VAr), tariff/saat (T1,T2 və sr.), bəzi modifikasiyalarda isə üst və alt qapaqların açılma vaxtı və tarixi ekranda əks etdirilir. Hesabat zamanı ümumi enerji sərfiyyatı göstəricisindən istifadə olunur. Ayrı-ayrı fazaların yüklənməsinin əks etdirilməsi, ələlxüsus enerji paylanma məntəqələrində ümumi yükün fazlar arasında nisbətən daha bərabər bölüşdürülməsində əvəzolunmaz imkanlar yaradır. Bir çox elektron tipli elektrik enerjisinin sərfiyyatına nəzarət sayğaclarında olduğu kimi, AMPY tipli 3-faz sayğaclarda da, üst qapağın sağ və ya alt sol hissəsində parıltılı narıncı (nadir halarda sarı və ya qırmızı) rəngdə düymə də mövcuddur. Bu düymənin köməyilə, istehsalçı müəssisə və ya enerji satışı müəssisəsinin xüsusi hazırlıqlı və icazəsi olan personalı sayğacın yaddaşını sıfırlaya bilir. Bu isə sayğacın bir neçə dəfə istifadə olunmasına şərait yaradır.

Qeyd: elektron rəqəmsal sayğaclarda sadəcə düyməni basmaqla 0-lama əməliyyatı aparmaq mümkün deyil. Bunun üçün, optik və ya digər uzlaşdırıcı portdan (4?12) rəqəmli xüsusi şifrə daxil edilməlidir

AMPY tipli 1-faz və 3-faz sayğacların qoşulma sxemləri :



 

1.Əhali istehlakçıları üçün:


Azərbaycan Respublikasının 30.09.2009-cu il tarixli Qanuni ilə "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə edilmiş əlavəyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.01.2010-cu il tarixli, 3#-li Qərarına əsasən "Elektrik enerjisindən istifadə Qaydaları"na olunmuş əlavə və dəyişikliklərə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerjitəchizatı müəssisəsinin hesabına həyata keçirilir.


2. Qeyri-əhali istehlakçıları üçün:

2. Qeyri-əhali istehlakçıları üçün:

2.1. Sayğacı olan,ancaq nasazlıq və ya zədələnmədən sıradan çıxmış, yaxud istismar müddəti bitmiş istehlakçıların ölçü cihazları heç bir pul vəsaiti ödənilmədən dəyişdirilsin. Birfazlı sayğacları üçfazlı sayğaclarla əvəz olunan istehlakçılardan ölçü cihazlarının fərqi tutulmaqla dəyişdirilsin.