• Azerbaijan
  • English
  • Russian

News

“Azərişıq” ASC-dən daha bir yenilik: “ASAN Xidmət” vasitəsi ilə əhaliyə səyyar xidməti göstərmişdir

Publication date: 20 december 2016


       “Azərişıq” ASC ilə “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyətindən üç ilə yaxın vaxt keçir. 2014-cü ilin may ayından etibarən Bakı şəhərində və 2015-ci ilin aprel ayından isə  regionlar daxil 11 “ASAN Xidmət” mərkəzlərində 172.243  nəfərdən çox abonentin müraciəti qəbul edilmiş və bu müraciətlər qısa müddətdə  həll olunmuşdur.

 

 

            Bu günlərdə formalaşdırılması  səyyar “ASAN Xidmət” vasitəsi ilə Cəlilabad rayonun bir sıra kəndlərində elektrik sayğacı quraşdırmaq istəyən vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında həyata keçirilmişdır. 

 

 

            Əvvəllər evlərinə elektrik xətti çəkmək və elektrik sayğacı quraşdırmaq məqsədilə 10 gün müddətinə alınan texniki şərt  səyyar xidmətlə bir saat ərzində əldə edilmiş və iki günə 68 nəfərə xidmət göstərilmişdir. Rayon sakinləri ilk dəfə həyata keçirilən bu layihədən razılıqlarını bildiriblər.

 

“Asan xidmət” mərkəzlərində abunəçilərimiz;

 

- Borcun olmamasına dair arayışın verilməsi

- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi

- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması

- Smart kartların bərpası və yenisinin verilməsi

- Qeyri əhali qrup istehlakçıları üçün üzləşmə aktının verilməsi

- Borcun araşdırılması

xidmətlərindən yararlana bilmişlər.

 

            Texniki şərt almaq istəyən yeni abunəçilər üçün yaranan vaxt itkisinə son qoymaqla yanaşı, tez bir zamanda evlərə elektrik enerjisinin verilməsini təmin edilmişdir. “ASAN Xidmət” vasitəsi ilə əhaliyə səyyar xidməti digər rayonlarda da davam etdiriləcəkdir.

 

            Onu da qeyd etmək lazımdır ki, yaradılmış elektron xidmətlərdən abonetlərimiz mənzillərindən ayrılmadan “Azərişıq” ASC-nin rəsmi internet səhifəsi üzərindən və  Elektron Hökumət Portalı vasitəsi ilə təqdim edilən elektron xidmətlərimizdən də faydalana bilərlər.