• Azerbaijan
  • English
  • Russian

Kənar xətt

KƏNAR XƏTT Elektrik Enerjisindən Istifadə qaydalarının pozulmasına görə tərtib olunan AKTLAR


1. (EEIQ m. 5,5.11 /əhali üçün) Elektrik Enerjisi Istehlakın göstəricilərini azaltmaq məqsədi ilə məişət istehlakçıları tərəfindən elektrik haqq-hesab sayğaclarında edilmiş birləşdirmələr, sxem dəyişmələri, sayğacların xarabedilməsi, plombların qopardılması, sayğac diskinin süni dayandırılması və bu kimi digər hallar aşkar edildikdə, enerji təchizatı təşkilatı son yoxlama günündən belə hallar aşkar edilən günə qədər olan müddət üçün, iddia müddətindən kənara çıxmamaq şərti ilə, istehlakçının sərf etdiyi elektrik enerjisinin haqq-hesabını yenidən aparmağa borcludur. Əgər məişət istehlakçısı elektrik enerjisini oğurlamaq məqsədi ilə gizli elektrik xətti çəkibsə və bu xətti enerji təchizatı təşkilatının nümayəndəsi əvvəllər aşkar edə bilməyibsə, onda bu istehlakçının istifadə etdiyi elektrik enerjisinin haqq-hesabı ona şəxsi hesab açılan gündən həmin gizli xətt aşkar edilən günə qədər olan müddət üçün, iddia müddətindən kənara çıxmamaq şərti ilə yenidən aparılır.Aşağıdakı hallarda yenidən haqq-hesab aparılır.

 

a) həmin yaşayış məntəqəsinin yerləşdiyi coğrafi en dairəsindən asılı olaraq işıqlandırıcı cihazların yanma saatlarını nəzərə almaqla işıq cərəyan qəbuledicilərinə görə

 

b) istehlakçının ştepsel, rozetkaları olduqda (rozetkaların və cərəyan qəbuledicilərinin sayından asılı olmayaraq) – 600 Vt gücündə 24 saat istifadə edilməsi hesabı ilə gücü 600 Vt-dən artıq olan qızdırıcı cihazlar və başqa məişət elektrik avadanlıqları aşkar edildikdə isə bu avadanlığın faktik güclərindən 24 saat istifadə edilməsi hesabı ilə

 

2. Istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması halları enerji təchizatı təşkilatı nümayəndələrinin və istehlakçılarının tərtib etdikləri iki tərəfli aktla rəsmiləşdirilir. Akt iki nüsxədə tərtib edilir. Istehlakçı aktı imzalamaqdan imtina etdikdə də akt qüvvədə qalır. (EEIQ m. 5,5.12);

 

3. Həmin akt əsasında enerji təchizatı təşkilatı hesaba alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və istehlakçının onu ödəməsi üçün əlavə ödəniş sənədi yazır. Enerji təchizatı təşkilatının qərarına qarşı istehlakçının etiraz ərizəsi verməsi, onu müəyyən olunmuş müddətdə əlavə ödəniş sənədini ödəmək borcundan azad etmir. Əlavə ödəniş 10 gün ərzində ödənilmədikdə istehlakçı elektrik xəttindən açılır və ondan məcburi qaydada ödəniş almaq üçün enerji təchizatı təşkilatı öz iddiasını məhkəməyə verir. (EEIQ m. 5,5.13).