• Azerbaijan
  • English
  • Russian

Müştəri xidmətləri

 

HƏFTƏNİN HƏR GÜNÜ FASİLƏSİZ XİDMƏT

 

·  Həftənin 7 günü saat 8.30-20.00 arasında fasiləsiz xidmət almaq;

·  Elektron şəkildə xidmət göstərəcək MXM-də suallarınıza dərhal cavab tapmaq;

·  Hesab və Bildiriş problemlərinizi həll etmək;

·  Arayış sənədini dərhal əldə etmək;

·  Elektrik enerjisi borcunu ödəmək;

 

MÜMKÜNDÜR

 

 

Əlaqə telefonları: (012) 565-21-96

 

Ünvan: Nərimanov rayonu, Ə. Qayıbov küçəsi. BMKZ yarımstansiyanın inzibati binasında yerləşir. Məişət kondisionerləri zavodunun yanı.

 


 

1. Sayğacsız abonentlərlə uzun müddət ərzində aparılmış metodik hesablamaların tənzimlənməsi.

 

Sayğacsız abonentlərlə uzun müddət ərzində aparılmış metodik hesablaşmaya yenidən baxılarkən yeni quraşdırılmış sayğacın göstərişinə əsasən orta aylıq sərfiyyat müəyyənləşdirilməli və ona müvafiq yenidən hesablaşma aparılmalıdır. Belə hallarda, həmçinin yeni elektrik sayğacının quraşdırılmadığı halda abonentin elektrik işlədicilərinin gücünə əsasən müəyyən edilmiş orta aylıq sərfiyyat nəzərə alınmalıdır.

 

 

 

 

ORTA SƏRFİYYATIN AÇIQLANMASI

 

Orta sərfiyyat, sayğac oxuyucusu mənzilə gəlib göstəricini götürə bilmədikdə, yəni qapı bu və ya digər səbəbdən bağlı olduqda yazılır. Orta sərfiyyat günə 20 kvts olaraq hesablanır. Həqiqi göstərici kompüterə daxil edildikdən sonra avtomatik olaraq orta sərfiyyatla hesablanmış borc silinir. Orta sərfiyyatla bildiriş alan abonentlər 2 (iki) ay ardıcıl olaraq göstəricini özləri söyləyə bilərlər. Üçüncü ay isə Azərişıq ASC əməkdaşları bilavasitə göstəricini götürməlidir. Abonent tərəfindən söylənilən göstərici dövr yaratdığı halda operator göstəricini kompüterə daxil etmir və məsələnin aydınlaşdırılması üçün mühəndisə bildirir.




 

DÖVR YARANARKƏN NƏ ETMƏLİ?

 

1. Dövr yarandığı təsbit edildiyi halda sahə mühəndisinə bildirilməlidir

 

2. mühəndis sayğacı yerində yoxlamalıdır

 

Sayğac qaydasında olmadığı halda mühəndis tərəfindən müvafiq qaydada akt tərtib edilməlidir və sayğacın dəyişdirilməsi üçün naryad yazmalıdır. Akt tərtib edildikdən sonra kompüter mühəndisi akt məlumatlarını kompüterin məlumatlar bazasına daxil etməlidir.

 

Sayğac qaydasında olduğu halda dövr bu səbəblərdən yarana bilər:

 

 

1. Son göstərici səhv daxil edilib

 

2. Sayğac dəyişdirilməsi kompüterə düşməyib

 

3. "Əsas" səhv verilib

 

4. Ən son göstəricidən bir və ya bir neçə göstərici səhv daxil edilib

 

Birinci halda mühəndis yoxlama nəticəsində xidməti məlumat yazaraq göstəricinin dəyişdirilməsini təmin etməlidir. Ikinci halda naryad məlumatları və yoxlama nəticəsində əldə edilən göstərici kompüterə daxil edilir. Üçüncü halda yoxlama nəticəsində əldə edilən göstərici kompüterə daxil edilir və müvafiq araşdırmanın aparılması üçün Müştəri Xidmətlərinə bildirilir. * dördüncü halda yoxlama nəticəsində son göstəricinin düzgün olduğu mühəndis tərəfindən təsbit edilərsə, müvafiq araşdırmanın aparılması üçün Müştəri Xidmətlərinə bildirilir. *

 

 

* QEYD: Üçüncü və dördüncü hallarda mühəndis Abonent Etirazları Üzrə Komisiyaya xəbər verərək göstərilən mənzildə lazımi araşdırmanın aparılmasını təmin etməlidir. Bu zaman mühəndis aşağıdakı sənədləri mərkəzə göndərməlidir:

 

 

1. Abonentin köhnə ödəniş qəbzləri

 

2. Abonent tərəfindən yazılan ərizə

 

3. Sərfiyyat cədvəli (Bildiriş)

 

4. "Kupça", "Order" və ya icarə müqaviləsinin surəti

 


 

ÖDƏNİŞ SƏHV DÜŞDÜKDƏ NƏ ETMƏLİ?

 

Abonentlərin səhv koda ödəniş etdiyini iddia etdiyi şikayətlərlə əlaqədar düzəliılər aşağıdakı hallarda aparılacaqdır. Bu məlumat abonentlərin nəzərinə çatdırılsın və bu hallara uyğun müraciətlərdə abonentin ərizəsi ilə birlikdə ödəniş qəbzinin əsli alınaraq mərkəzi ofisə göndərilsin.

 

1-ci hal

 

·  Ödəniş qeyri müəyyən koda düşmüşsə

·  Ödənişi edən, müraciət edən və qeydiyyatda olan şəxs eynidirsə və müraciət edən şəxs qəbzin əslini təhvil verə bilirsə

 

2-ci hal

 

·  Kodlar arasında oxşarlıq varsa;

·  Ödənişi edən, müraciət edən və qeydiyyatda olan şəxs eynidirsə və müraciət edən şəxs qəbzin əslini təhvil verə bilirsə

·  Ödəniş tarixindən altı aydan çox müddət keçməmişsə. (01.01.2002 dən sonrakı qəbzlər üçün)

 

3-cü hal

 

·  Kodlar arasında oxşarlıq yoxdursa;

·  Ödənişi edən, müraciət edən və qeydiyyatda olan şəxs eynidirsə və müraciət edən şəxs qəbzin əslini təhvil verə bilirsə

·  Ödəniş tarixindən altı aydan çox müddət keçməmişsə. (01.01.2002 dən sonrakı qəbzlər üçün)

·  Səhv koddan çıxarılacaq ödəniş o kodda debitor borc yaratmırsa

 


 

MÜAVİNƏTLİ ABONENTLƏRİN NƏZƏRİNƏ

 

1. Məskunlaşmış qaçqınların (Ermənistandan olan) kommunal sahəsindəki güzəştləri 1 Avqust 1999-cu il tarixindən sonra ləğv edilmişdir.

 

2. Məskunlaşmamış qaçqınlara (Ermənistandan olan) və məcburi köçkünlərə (Dağlıq Qarabağ, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdən sürgün edilən) olan güzəşt 1 Yanvar 2002-ci ildən etibarən müavinət (1 aya adambaşına 150 kvts) ilə əvəz olunmuşdur. Əgər istehlakçı 150 kvts-dən yuxarı elektrik enerjisi istifadə edərsə Azərbaycandakı mövcud qanunvericiliyə əsasən artıq istifadə etdiyi enerjinin pulunu ödəməlidir.

 

3. Müharibə veteranları və əlillərinə, həlak olmuş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, onlarla bilrikdə yaşayan və qeydiyyatda olan ailə üzvlərinə, 20 Yanvar hadisəsində zərər çəkənlərə və şəhid ailələrinə, əmək qabiliyyətli qohumlarından ayrı yaşayan silahlı qüvvələr və əmək veteranlarına olan güzəşt 1 Yanvar 2002-ci ildən etibarən qüvvədən düşmüşdür.

 

4. Abonentlərin güzəştləri onların sənədlərini təqdim etdikləri gündən etibarən nəzərə alınır. Yəni 01/01/2002 tarixinə qədər güzəşti olan abonent güzəşti olduğuna dair sənəd ES və İİ-nə təqdim etməyibsə bu halda sonradan gətirilən sənədlər qəbul edilməyəcək.

 

Qeyd: Bu qayda yalnız məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara şamil edilmir.