• Azerbaijan
  • English
  • Russian

SMART sayğaclar

Hörmətli abonent !

 

Sizin mənzilinizdə, fərdi tikilinizdə,bağ evinizdə,ofisinizdə quraşdırılmış smart sms sayğacı inkişaf etmiş ölkələrdə tətbiq edilən və geniş texniki imkanlara malik müasir bir ölçü cihazıdır. Bu sayğacdan nə cür istifadə etmək, lazım olan məlumatları sayğacdan hansı yolla əldə etməkdən ötrü bu yaddaş kitabçası ilə yaxından tanış olmağınız vacibdir.

 

İlk öncə biləsiniz ki,

 

- Bu sayğac vasitəsilə siz istifadə etdiyiniz enerji sərfiyyatına şəxsən nəzarət edə biləcəksiniz. Yəni, yalnız ödədiyiniz məbləğ müqabilində enerjidən istifadə edəcəksiniz. Başqa sözlə, sizin bu kommunal xidmətlə bağlı aylıq ailə büdcənizi əvvəlcədən planlaşdırmaq imkanınız olacaqdır.

 

- Balansınızda mövcud olan kredit məbləği 5 AZN məbləğindən aşağı olduğu təqdirdə mərkəzi idarəetmə sistemi tərəfindən balansınızın azalması barədə sizə sms mesaj vasitəsi ilə məlumat veriləcəkdir.

 

- Ödənişi ölkəmizdə mövcud olan ödəniş sistemləri vasitəsi ilə

 

- Bank və poçt şöbələrindən, əhalinin sıx məskunlaşdığı ərazilərdə, metropolitendə, ticarət mərkəzlərində quraşdırılan PayPoint ödəmə maşınlarından, bankomatlardan və plastik kartlar vasitəsi ilə internet şəbəkəsindəki elektron-ödəmə resurslarından (Azerishiq.az, Azəricard, Goldenpay və s.) istifadə etməklə edə bilərsiniz.

 

Qeyd: Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq 10 AZN məbləğində kredit müəssisə tərəfindən yüklənir. Həmin məbləğ siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.

 

Smart sms sayğaclardan istifadə qaydaları

 

Sayğacın üzərindəki mavi düyməni ardıcıl sıxmaqla sayğacın ekranındakı aşağıdakı məlumatları əldə edə bilərsiniz:

- Sayğacdakı mövcud kredit məbləği(AZN);

- Sayğacın göstəricisi (kVts);

- Elektrik enerjisinin tarifi;

- Ayın tarixi və saat;

- Son ödəniş məbləği.

 

 

Unutmayın:

 

- Sayğacın kredit məbləği bitdikdə sayğac elektrik enerjisinin verilişini avtomatik olaraq dayandıracaqdır !

Həmin anda ödəmə imkanınız olmazsa narahat olmağa dəyməz! Çünki sayğacın üzərində olan narıncı düyməni 2-3 saniyə ərzində sıxılı vəziyyətdə saxlamaqla ehtiyat kreditdən istifadə edə bilərsiniz.Ehtiyat kredit 10 AZN məbləğində müəyyən edilmişdir.

 

Diqqət: İstifadə olunanEhtiyat kredit məbləği ödəniləcək məbləğdən tutulacaqdır.

 

- Elektrik enerjisini yenidən bərpa etmək sizin ixtiyarınıza verilmişdir. Bundan ötrü sayğacın göy rəngli düyməsini sıxmaq kifayətdir. Qeyd: Sayğacın fərdi qaydada göy düyməyə sıxaraq işə salınması zamanı texnikitəhlükəsizlik qaydalarına riayət olunması zəruridir.

 

- SMS sayğacların gövdəsindəki möhürlərin, birləşmə yuvalarının, qoşulma vasitələrinin, ekranının dəlici-deşici və ya hansı bir vasitə ilə zədələnməsi/sıradan çıxarılması, düymələrin xaotik qaydada sıxılması hallarında dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndəriləcəkdir;

 

- Yüksək elektro-maqnit nüfuzluğuna malik cihaz və avadanlıqların sayğacın gövdəsinə və ya qoşulma/birləşmə xətlərinə yaxınlaşdırılması - maqnit sahəsinə həssas sensor tərəfindən qeydə alınır, dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndərilərək elektrik enerjisi verilişi dayandırılır;

 

- Sayğacın daxilindəki xüsusi sim-kart adi mobil telefonlarda istifadə üçün yararsızdır!

 

SMART sayğaclarla bağlı suallarınız yarandıqda aşağıda qeyd edilmiş telefon nömrələrinə zəng edin. 

 

(012) 375 52 65  Xətai rayon Enerji satış idarəsi

(012) 565 05 92 Nəsimi rayon Enerji satış idarəsi

(012) 433 69 12 Yasamal rayon Enerji satış idarəsi

(012) 562 34 88 Binəqədi rayon Enerji satış idarəsi