• Azerbaijan
  • English
  • Russian

Tədris Mərkəzi

Azərişıq ASC-nin Tədris Mərkəzində altı ayın yekunu ilə bağlı toplantı keçirildi.

 
29 iyun 2013-cü il tarixində "Azərişıq" ASC-nin Tədris Mərkəzində altı ayın yekunu ilə bağlı toplantı keçirildi. Toplantıda İnsan resursları və xidmət idarəsinin rəisi Tərlan Dadaşov , Tədris Mərkəzinin müəllimləri və işçi heyyəti iştirak etdi. Tədris Mərkəzinin direktoru Vüqar Əliyev altı ay müddətində görülən işlər və gələcək planlar barəsində ətraflı məlumat verdi. İnsan resursları və xidmət idarəsinin rəisi Tərlan Dadaşov öz növbəsində çıxış edərək tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflərini və iradlarını bildirdi və eyni zamanda qeyd etdi ki, bu məsələ Tədris Mərkəzi üçün prioritet sayılmalıdır. Sonda Tədris Mərkəzi tərəfindən hazırlanmış Elektrotexniki Servisin prezentasiyası nümayiş etdirildi və servislə bağlı üç əsas istiqamətin hədəfləndiyi vurğulandı.

Azərişıq ASC-nin Tədris Mərkəzi və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi 02 iyul 2013

 

Weidmüller şirkətinin səlahiyyətli nümayəndələri ilə " Azərişıq" ASC-nin Tədris Mərkəzində görüş keçirildi
29 may 2013 - cü il

 

Avropa Şurasının Akreditasiya məsələləri üzrə səlahiyyətli nümayəndələri ilə "Azərişıq" ASC-nin Tədris Mərkəzində 6 may 2013-cü il tarixində görüş keçirildi

 

16 may 2013 –cü il, ABB şirkətinin seminarı keçirilmişdir.

 

10.04.2013 – cü il tarixində “Azərişıq” ASC-nin Tədris Mərkəzində, AZTU- nin rəhbərliyi ilə şəbəkənin idarə heyyəti arasında görüş keçirildi

 

"Azərişıq" ASC-nin Tədris Mərkəzinin 2012-ci ilin yekunlarına dair HESABATI

 

Region Plus: ÖYRƏNMƏK - İŞIQDIR.

 

Tədris Mərkəzi Buklet : Tarix: 16.03.2012

 

Azərbaycan Prezidenti İlham Əliyev “Azərişıq” ASC – nin Tədris Mərkəzinin açılış mərasimində iştirak etmişdir :

  Tarix: 16.03.2012

Prezident İlham Əliyev “Azərişıq” ASC –nin Tədris Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.Dövlət başçısı mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektrik enerjisi sənayesinin inkişafındakı xidmətlərini əks etdirən fotolardan ibarət guşəyə baxdı. Sonra Prezident İlham Əliyev mərkəzin ikinci mərtəbəsində quraşdırılan müxtəlif texniki avadanlıqla tanış oldu. Bu mərtəbədə 10/04 kilovoltluq iki yarımstansiya, rele mühafizəsi və avtomatika elektrik avadanlığı və kabel xətlərinin sınaqları, dispetçer SCADA idarəetmə sistemi bölmələri, alternativ və bərpa olunan enerji mənbələri üzrə sinif otaqları və konfrans zalı yerləşir.Tədris Mərkəzinin dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edildiyi qeyd olundu. Tədris prosesində elektrik şəbəkəsinin idarə olunması avtomatlaşdırılmış sistem vasitəsi ilə həyata keçirilir. Dövlət başçısı 110 kilovoltluq eleqaz açarının məsafədən idarə olunması prosesini həyata keçirdi.

Sonra “Azərişıq” ASC tərəfindən yeni inşa olunan 110 və 35 kilovoltluq yarımstansiyaların slaydları nümayiş etdirildi. Bakı şəhərində ilk dəfə olaraq 110 kilovoltluq dairəvi elektrik sisteminin yaradıldığı bildirildi.

Mərkəzin tədris otaqları müasir əyani vəsaitlər, avadanlıq və kompyuter texnologiyası ilə tam təmin edilir. Burada istehlakçıların dünya standartlarına uyğun elektrik enerjisi ilə təmin etmək üçün tətbiq edilən avadanlıqdan yüksək peşəkarlıqla istifadə etmək üçün şəbəkə işçilərinə müvafiq kurslar təşkil olunacağı bildirildi.

Kursların keçirilməsinə qabaqcıl ölkələrin mütəxəssisləri və yerli kadrlar cəlb olunacaqdır. Tədris Mərkəzində şəbəkə işçiləri ilə yanaşı, ali məktəbi bitirən məzunlar da ixtisaslarını artıracaqlar. Kursları bitirənlərə xüsusi sertifikatlar veriləcəkdir.

“Azərişıq” ASC – nin Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev yüksək gərginlikli kabellərin diaqnostikası və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnika laboratoriya kompleksi ilə tanış oldu.

Tədris Mərkəzində 3 ay (Aprel, May, Iyun) ərzində tədris olunan kurslar

Tədris Mərkəzində 3 ay (Aprel, May, Iyun) ərzində tədris olunan kurslar

1) OMİCRON  şirkəti  “ Rele mühafizəsi və transformatorların diaqnostikası “ kursu 03- 05 aprel 2012-ci il . Kursda 12  nəfər müdavim iştirak etmişdir. Müdavimlərdən 9 nəfərə sertifikat verilmişdir.

2) ABB şirkəti.” 650 və 615 tipli Relelərin mühafizəsi” kursu. 17-18 aprel 2012-ci il. Kursda 18 nəfər müdavim  iştirak etmişdir.Müdavimlərdən 18 nəfərə sertifikat verilmişdir.

3) BAUR şirkəti.” Kabel xətlərinin zədə yerinin təyini, sınağı və diaqnostikası” kursu. 17-20 aprel 2012-ci il. Kursda 8 nəfər müdavim  iştirak etmişdir.Müdavimlərdən 7 nəfərə sertifikat verilmişdir.

4) “Müasir elektrik sayğacları və onların idarəedilməsi” kursu. 19-23 aprel 2012-ci il. Kursda 28 nəfər müdavim iştirak etmişdir.

5) Schneider  Electric  şirkəti.  “Elektrik avadanlıqlarının istismarı”(RM6) kursu.     27 aprel 2012-ci il. Kursda 12 nəfər müdavim iştirak etmişdir.

6) Tyco Electronics şirkəti.” ÖİN quraşdırılması,istismarı” kursu. 30 aprel-02 may 2012-ci il. Kursda 23 nəfər müdavim iştirak etmişdir. “35 kV-luğa qədər kabellərdə muftaların qoyulması və ifrat gərginlikdə mühafizə qurğularının təsnifatı” kursları.03-08 may 2012-ci il.  Kursda 16 nəfər müdavim iştirak etmişdir.

7) Texniki Nəzarət və Satışa Nəzarət şöbələrinin işçiləri təkmilləşmə kurslarına cəlb edilmişlər. 25 aprel-19 may 2012-ci il. Kursda 58 nəfər müdavim iştirak etmişdir.

8) Texniki Nəzarət və Satışa Nəzarət şöbələrinin işçiləri təkrar təkmilləşmə kursuna cəlb edilmişlər. 31 may – 08 iyun  2012 –ci il. Təkrar kursda 7 nəfər müdavim iştirak etmişdir.

9) “Müasir elektrik sayğacları və onların idarəedilməsi” kursu. 04 – 09 iyun 2012 – ci il. Kursda 19 nəfər müdavim iştirak etmişdir.

10) “6/10/35 kV – luq Kabel və Kabel xəttlərinin montajı və təmiri” kursu. 11 iyun – 18 iyun 2012-ci il. Kursda 16 nəfər müdavim iştirak etmişdir.

 

İyun ayı ərzində işə qəbul komissiyası tərəfindən  3 dəfə imtahan götürülmüşdür:

I – imtahan 06 iyun 2012 –ci il tarixdə  götürülüb.

 İmtahanda 9 nəfər şəxş iştirak etmişdir. Onlardan 2 nəfər kafi qiymət alaraq imtahandan keçmiş, digər 7 nəfər isə imtahandan keçməmişdir.

II – imtahan 13 iyun 2012 –ci il tarixdə götürülüb.

İmtahanda 19  nəfər şəxs  iştirak etmişdir. Onlardan 1 nəfər əla, 4 nəfər kafi qiymət alaraq imtahandan keçmiş, digər 14 nəfər isə imtahandan keçməmişdir.

 

Hər iki imtahandan keçməmiş  şəxslər üçün işə qəbul hazırlıq kursu təşkil olunmuşdur.

09 iyun – 22iyun 2012 – ci il tarixdə. Kursda 7 nəfər şəxs iştirak etmişdir.

III – cü imtahan 23 iyun 2012 ci il tarixdə keçirilib.

İmtahanda , kursda iştirak edən 7 nəfər  və əlavə olraq 6 nəfər  olmaqla birlikdə 13 nəfər şəxs iştirak etmişdir. Onlardan 2 nəfər şəxs kafi qiymət alaraq imtahandan keçmiş, digər 11 nəfər isə imtahandan keçməmişdir.

 

 

TƏDRİS MƏRKƏZİ:

 

Yeni Tədris Mərkəzində təsdiq olunmuş Tədris proqramları əsasında müasir tipli yeni texnologiyalardan, avadanlıqlardan istifadə etməklə əməkdaşların, müdavimlərin aşağıda göstərilən ixtisasartırma kursları təşkil olunacaqdır:

1. “Rele mühafizəsi, avtomatika və elektrik avadanlıqlarının istismarı ”

2. “Elektrik verilişi hava və kabel xətlərinin istismarı, təmiri və sınağı”;

3. “Elektrik şəbəkələrinin istismarı”

4. “SMS sayğacları və onların istismarı”;

5. “Elektrik avadanlıqlarının texniki sınaqları”.

Mərkəzdə göstərilən kursların keçirilməsi üçün praktik məşğələlərin aparılmasına imkan verən tədris otaqları nəzərdə tutulur. Məsələn, elektrik avadanlıqlarının istismarının öyrənilməsi üçün tədris kompleksinin böyük zalında elektroenergetika sahəsində dünya miqyasında tanınmış şirkətlər olan Siemens, ABB, TYCO, Şneyder və s. kimi iri korporasiyaların 110,35,10,6 kV-luq şəbəkədə istifadə olunan elektrik avadanlıqları, bu qurğuların xüsusi olaraq əyani dərs vəsaiti kimi hazırlanmış en kəsikləri, texniki xarakteristikaları nümayiş olunacaqdır. Hər bir tədris materialı üzrə dərslərin keçirilməsi kompüterlərin köməyi ilə ekranda əks olunacaqdır. Praktiki məşğələlər yüksək ixtisaslı müəllimlərin, təcrübəli mütəxəssislərin cəlb olunması ilə həyata keçiriləcəkdir.

Tədris Mərkəzində fəaliyyət göstərəcək “Rele mühafizəsi, avtomatika və elektrik avadanlıqlarının texniki sınağı ” tədris otağı ABB və digər məşhur şirkətlərin mikroprosessor əsasında qurulmuş və 6-110 kV-luq EVX-də, kabel fiderlərində, güc transformatorlarında quraşdırılan avadanlıqları və hazırda “Azərişıq” ASC- nin yarımstansiyalarında istifadə olunan mühafizə sxemləri və avtomatika qurğuları ilə təchiz olunacaqdır. Bu tədris otağında, həmçinin, şəbəkədə istismar olunan avadanlıqların texniki diaqnostikası, sınaq normaları və metodları haqqında müdavimlərə məlumat verilməklə bərabər praktiki cəhətdən sınaqların aparılması qaydaları öyrədiləcəkdir.

Mərkəzin “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası” tədris otağının işə qəbul olunmuş işçilərin, ixtisasartırma kurslarına cəlb olunmuş müdavimlərin istehsalatda işləyərkən təhlükəsizlik texnikası qaydalarına dərindən yiyələnmələri üçün zəruri əyani vəsaitlər, plakatlar, stendlər, avadanlıqlar, manikenlərlə təchiz olunması nəzərdə tutulur.

“SMS sayğacları və onların istismarı” tədris otağında istehlakçılarda quraşdırılmış müxtəlif növ sayğacların, o cümlədən SMS sayğaclarının işləmə, qoşulma, yoxlama xüsusiyyətlərini əks etdirən işçi stendlər quraşdırılacaqdır. Burada həm müdavimlər, həm də əməkdaşlar bu sahədə yeni texnologiya ilə tanışlıqdan əlavə öz praktiki və nəzəri biliklərini artırmaq imkanını da əldə edəcəklər.

“Elektrik verilişi hava və kabel xətləri” tədris otağının TYCO şirkətinin 6-110 kV-luq elektrotexniki avadanlıqları, müxtəlif növ SİP kabelləri, onlarda istifadə olunan aksessuarlar, muftalar, OPN-lər, adaptorlar, kabel muftaları üçün masa və s. ilə təmin olunması nəzərdə tutulur. Burada müdavimlərin iştirakı ilə EVX-nın və kabellərin quraşdırılması ilə bağlı praktiki əməliyyatlar nümayiş etdiriləcəkdir.

TƏDRİS MƏRKƏZİNİN MƏLUMATI:

 

”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində çalışan mühəndis-texniki işçilərin və fəhlələrin, eyni zamanda energetika sahəsinə marağı olan işçi heyətdən olmayan vətəndaşların bilik və peşəkarlıq səviyyəlirini artırmaq məqsədi ilə Cəmiyyətin Tədris Mərkəzində bir neçə istiqamətdə: “Rele mühafizəsi və elektrik avadanlıqlarının istismarı”, “Elektrik sayğaclarının təmiri və quraşdırılması” “Elektrik verlişi, hava və kabel xətlərinin istismarı, təmiri, sınağı”, “Elekrik şəbəkələrinin istismarı”, “Kompüter şəbəkəsi və proqramlar” və “Telefonçu” ixtisasları üzrə müntəzəm olaraq bir aylıq ixtisasartırma kursları keçirilir. Kursları bitirmiş müdavimlər test və şifahi imtahanları müvəffəqiyyətlə verdikdən sonra ASC tərəfindən onlara sertifikat verilir. Bundan əlavə ingilis dilini öyrənmək istəyən üçün kurslar keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.08.2006-cı il tarixli 1597 saylı sərəncamı ilə fəaliyyəti bərpa olunduğu tarixdən Səhmdar Cəmiyyət üzrə təşkil edilmiş “Rele mühafizəsi və elektrik avadanlıqlarının istismarı” üzrə kursa 155 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 114 nəfəri kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 14 nəfər kursları davam etdirir, 27 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Tədris Mərkəzində təşkil edilmiş “Elektrik sayğaclarının təmiri və quraşdırılması” adlı kursa 65 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 51 nəfəri kursu müvəfəqiyyətlə bitirərək sertifikat almışdır. 14 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Mərkəzdə təşkil edilmiş “Elektrik verlişi, hava və kabel xətlərinin istismarı, təmiri, sınağı” üzrə kursa 113 nəfər mütəxəssis cəlb edilmişdir ki, onlardan 63 nəfəri kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 50 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Həmçinin “Elektrik şəbəkələrinin istismarı” adlı kursa 40 nəfər müdavim cəlb edilmişdir ki, onlardan 25 nəfər kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 15 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Kompüter ixtisası üzrə kursa 52 nəfər mütəxəssis cəlb edilmişdir. Eyni zamanda şəbəkədki 97 nəfər telefonçu “Kompüter şəbəkəsi və proqramlar” kursuna cəlb edilmiş, onlarda 51 nəfər müsbət nəticə göstərmişdir.

Ümumilikdə bu günə qədər Cəmiyyətin Tədris Mərkəzində ixtisasartırma kurslarına 375 nəfər müdavim cəlb edilmişdir ki, onlardan 253 nəfər kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış, 14 nəfər kursu davam etdirir, 108 nəfər isə kursu qeyri-qənaətbəxş olaraq bitirmişdir.

Eyni zamanda, sadəcə Səhmdar Cəmiyyətdə calışan işçilər deyil, həmçinin bu ixtisaslara maraq göstərən hər bir şəxsin ixtisasartırma kurslarına cəlb olunması nəzərdə tutulmuşdur ki, bu günə qədər 18 nəfər kənar şəxs Cəmiyyətin Tədris Mərkəzində keçirilən ixtisasartırma kursunda iştirak etmişdir.

Bundan əlavə, “Elektrik sayğaclarının quraşdırılması” üzrə dərslər səyyar formada Səhmdar Cəmiyyətin bütün rayonlarında, bilavasitə yerlərdə müasir elektron (birfazlı və üzfazlı) sayğaclar əsasında qurulmuş stendlərin köməyi ilə aparılır.