• Azerbaijan
  • English
  • Russian

Təbriklərimiz

Qurban Bayramınız Mübarək

Paylaşma tarixi: 02 oktyabr 2014


“Bakıelektrikşəbəkə”ASC Azərbaycan xalqını  dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə  təbrik edir, qəlbində Allah sevgisi olan hər bir vətəndaşa ən səmimi arzu və diləklərini yetirir.


 

Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığını, ilahi dəyərlərlə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.


 

Qoy bu müqəddəs bayram günlərində etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Tanrı dərgahında qəbul olunsun və bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.


Qurban bayramınız mübarək olsun!