• Azerbaijan
  • English
  • Russian

Təbriklərimiz

8 Mart- Beynəlxalq Qadınlar Bayramınız mübarək

Paylaşma tarixi: 07 mart 2014


HÖRMƏTLİ   XANIMLAR!

"Bakıelektrikşəbəkə" ASC-də çalışan bütün qadın əməkdaşları 8 Mart- Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti  və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Qadını ölkəmizin ictimai-siyasi həyatında  həmişə fəal iştirak etmiş, yüzillərdən bəri formalaşmış milli və ailə dəyərlərimizin qoruyucusu, mədəniyyətimizin və  mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur.

 Elm, mədəniyyət, təhsil və həyatımızın digər sahələrdə olduğu kimi elektroenergetika sahəsində də Azərbaycan Qadınının xüsusi yeri və  önəmli  xidmətləri vardır. Hər bir evə nur bəxş etmək kimi şərəfli, xeyirxah və  məsuliyyətli  peşə sahibləri olan qadın əməkdaşların zəhməti çox böyük  dəyərlərə və yüksək  hörmətə layiqdir.

Əziz qadınlar, sizi bir daha bayram münasibətilə təbrik edir və hamınıza Qadın Xöşbəxtliyi arzulayıram!!!

Qoy həmişə yolunuz  işıqlı, eviniz nurlu olsun!!!

 

Hörmətlə,

B.Rzayev

İdarə Heyətini Sədri