• Azerbaijan
  • English
  • Russian

Təbriklərimiz

28 May - Respublika Günü bayramıdır

Paylaşma tarixi: 27 may 2015


  Hörmətli “Azərişıq” ASC-nin əməkdaşları!

 

  28 May - Respublika Günü münasibəti ilə Sizi təbrik edir və ən xoş arzularımı bildirirəm.

  Ulu öndər Heydər Əliyev tərfindən təməli qoyulmuş və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan xalqının rifahı və tərəqqisi təmin olunmuş, dövlətçiliyimizin, iqtisadiyyatımızın inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi istiqamətində böyük nəaliyyətlər əldə edilmişdir. Hər bir Azərbaycan vətəndaşının qürur duydugu bu naliyyətlər bizi daha yaxşı işləməyə və ölkəmizin iqtisadi qüdtərini daha da yüksəltməyə səfərbər edir.

  "Azərişıq" ailəsini Respublika Günü münasibəti ilə bir daha təbrik edir, nur paylamaq kimi şərəfli və məsuliyyətli işinizdə işinizdə müvəffəqiyyətlər, ailələrinizə xoşbəxtlik və can sağlığı arzulayıram.

 

Hörmətlə,

 

B.Rzayev

 
"Azərişıq" ASC -nin Sədri