• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Heydər Əliyevin doğum günü münasibətilə Eko-Parkda 20 mindən artıq gül əkilib

Paylaşma tarixi: 10 may 2018


        Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

 

        Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı yeni yaşıllıqların salınmasına da  xüsusi diqqət yetirib.

 

 

 

        Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - Eko-Park ərazisində keçirilib, 20 mindən artıq gül əkilib.

 

 

 

 

        Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruru tədbirlər görülüb. “Azərişıq” ASC-nin əməkdaşları bu xeyirxah və nəcib tədbirlərdə hər zaman yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.