• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Neftçala və Salyan rayonlarında elektrik enerjisi təchizatı daha da yaxşılaşır

Paylaşma tarixi: 14 aprel 2017


      “Şirvan” RETSİ-nin Neftçala və Salyan elektrik şəbəkələrində “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində şəhər və rayonlarda elektrik enerjisi təchizatı daha da yaxşılaşır

 

 

 

 

 

 

 

 

 

      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.

 

 

 

      Salyan EŞ-də 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 528 ədəd yeni beton və dəmir-beton dayaq basdırılmış, 25 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 35,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilmişdir.Aprel ayının sonuna qədər daha 96 ədəd 0,4 kV-luq dayaq basdırılacaqdır.

 

      Neftçala EŞ-də isə 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 738 ədəd yeni beton və dəmir-beton dayaq basdırılmış, 23 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 24,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilmişdir.Aprel ayının sonuna qədər daha 92 ədəd 0,4 kV-luq dayaq basdırılacaqdır.

 

 

 

      Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunur, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənir, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunur.

 

 

 

      “Azərişıq” ASC bu istiqamətdə öz  üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. 2017-ci il “Azərişıq” ASC-də  0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilb və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqrqmının icrasına başlanılıb.

 

      Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.

 

 

      İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdiriləcəkdir.