• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-də 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib

Paylaşma tarixi: 11 aprel 2017


        “Azərişıq” ASC-nin Sədri Baba Rzayevin sədirliyi ilə 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

 

 

 

 

 

 

 

 

 

 

        Departament direktorları, İdarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri  və onların strukturuna daxil olan rayon (şəhər) Elektrik Şəbəkələri rəislərinin iştirakı ilə keçirilən iclasda  2017-ci ilin birinci rübündə  görülən quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən və konkret görüləcək işlərdən danışılıb.Qeyd edilib ki, son on ildə paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri artıq öz bəhrəsini verməkdədir. Qış aylarının soyuq və sərt olmasına baxmayaraq istehlakçılar elektrik enerjisi ilə tam təmin olunublar.Bildirilib ki, ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.  

 

 

        Qeyd edilib ki,bir dövlət qurumu olaraq “Azərişıq” ASC də bu istiqamətdə öz  üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. 2017-ci il “Azərişıq” ASC-də  0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilb və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqrqmının icrasına başlanılıb.

 

        12-22 may tarixlərində Bakıda keçiriləçək  IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir. İdman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlayıb. Bura təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir.   

 

        Daha sonra Cəmiyyətin sədri toplantı iştirakçılarına ayrı-ayrılıqda tövsiyyə və tapşırıqlarını verib.