• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“AZƏRİŞIQ” ASC CƏBHƏ BÖLGƏLƏRİNDƏ APARILAN YENİDƏNQURMA VƏ ƏSASLI TƏMİR-TİKİNTİ İŞLƏRİNİ GENİŞLƏNDİRİR

Paylaşma tarixi: 13 mart 2017


    Ölkə prezidentinin qarşıya qoyduğu vəzifələri həyata keçirmək  məqsədilə “Azərişıq” ASC yarandığı gündən paytaxt da daxil olmaqla ölkənin regionlarında, xüssusilə də cəbhə bölgələrində təxirəsalınmaz yenidənqurma, əsaslı təmir-tikinti və bərpa işlərini davam etdirir.“İşıqlı Azərbaycan” layihəsində önəmli və xüsusi yeri olan cəbhə bölgəsində işlər ekstremal vəziyyətlərdə belə aparılır. Bu səbəbdəndir ki, “Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.

 

 

 

 

 

 

GÖRANBOYUN TAPQARAQOYUNLU VƏ BAŞQA KƏNDLƏRİNDƏ APREL DÖYÜŞLƏRİNDƏ ZƏDLƏNƏN XƏTLƏR TAM BƏRPA EDİLİB

 

 

Aprel döyüşlərində sonra bərpa edilən hava xətləri

 

Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərindəə 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib. 10 kV II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib,  9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb.

 

FÜZULİDƏ 10 YARIMSTANSİYA, 728 KOMPLEKT TRANSFORMATOR MƏNTƏQƏSİNDƏ PROFLATİK TƏDBİRLƏR GÖRÜLÜB

 

Əhalinin kefiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Füzuli rayonunda ki,  10 ədəd yarımstansiyada, 728 ədəd KTM-də yerli elektrik şəbəkə tərəfindən cari və profılaktik tədbirlər planları həyata keçirilib. Bundan başqa ərazidə 361 ədəd dayaq, 42000 metr naqıl, 130 ədəd izolyator dəyişdirilib.Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. “Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd ransformator məntəqəsi quraşdırılıb.

 

AĞDAMDA 1 YARIMSTANSİYA, 32 TRANSFORMATOR MƏNTƏQƏSİ QURLAŞDIRILIB

 

Ağdam rayon “Qaradağlı” yarımstansiyası 

 

Ağdam rayonunun cəbhə bölgəsinə yaxın təmas xəttində yerləşən Əfətli kəndi ərazisində 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilib. Eyni zamanda  1.2 km məsafədə 35 kv-luq elektrik hava xətləri, cəbhə boyu və digər kəndlərdə 32 ədəd müasir tipli transformator məntəqələri quraşdırılıb, 691 ədəd ümumi uzunluğu 29.7 km olan 10 kv-luq və 373 ədəd 11.2 km olan 0.4 kv-luq istismara yararsız dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz olunub. Bununla paralel olaraq  3369 ədəd izolyator, 691 ədəd travers, 38440 metr naqil və 8950 metr kabel çəkilib və ya dəyişdirilib. 32 ədəd müxtəlif güclü müasir tipli transformator məntəqələri quraşdırılıb. Həmçinin rayon ərazisində olan 1 ədəd 110/35/10 kv-luq, 10 ədəd 35/10 kv-luq yarımstansiyalarda, 5 ədəd güc transformatorlarında, 230 ədəd transformator məntəqələrində müxtəlif təmir bərpa işləri görülüb.

 

TƏRTƏRİN İŞĞALDAN AZAD EDİLƏN ÇAYLI KƏNDİNƏ 22 İLDƏN SONRA İŞIQ ÇƏKİLİB

 

 

Tərtərin işğaldan azad edilən Çaylı kəndinə çəkilmiş elektrik xətti

 

Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən 35 kv-luq Dəmirçilər və İsmayılbəyli hava xətləri məlum  aprel hadisələri zamanı ağır artileriyanın atəşi nəticəsində sıradan çıxsa da, qısa zaman kəsiyində bərpa edilərək əhalinin istifadəsinə verilib. Bununla yanaşı həmin ərazidə 49 ədəd izolyator çətin şərait olmağına baxmayaraq dəyişdirilib. Bununla yanaşı erməni işğalından azad edilən Çaylı kəndinə 2450 metr hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Nəticədə 22 il elektrik enerjisi olmayan Çaylı kəndi işığa qovuşub.

Tərtər - Ağdam yolunun kənarında məskunlaşmış qaçqın qəsəbələrini işıqla təmin etmək üçün 2055 ədəd yeni dayaq basdırılıb, 2900 ədəd  dayaq əvəzlənib,  101 km kabel çəkilib, 603 ədəd izolyator, 20190 metr naqil dəyişdirilib. Həmçinin cəbhə bölgəsinə yaxın kəndlərdə 4 ədəd komplekt transformator məntəqəsi (KTM) yenidən qurulub.

 

“COCUQ MƏRCANLI”DA 35 kV-LUQ YARIM STANSİYA TİKİLMƏSİ PLANLAŞDIRILIR

 

Cəbrayil rayonunun aprel döyüşlərində azad edilmiş torpaqlarını və ətraf əraziləri, həmçinin hərbi obyektləri fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Cocuq Mərcanlı yarımstansiyasının tikilməsi planlaşdırılır.

 

LƏLƏTƏPƏ YÜKSƏKLİYİNƏ HAVA XƏTTİ ÇƏKİLİR

 

 

Lələtəpə yüksəkliyinə çəkilən hava xəttinin dayaqları

 

Bununla yanaşı Cəbrayıl rayonu ərazisində yerləşən və ötən ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətlərinin çəkilməsi üçün prosesə başlanılıb. Artıq çətin və təhlükəli şərait olmağına baxmayaraq yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın müddətdə hava xətlərinin məftilləri də çəkiləcək.

 

NAFTALANIN CƏBHƏ BÖLGƏSİNDƏ 2 ƏDƏD KOMPLEKT TRANSFORMATOR MƏNTƏQƏSİ QURLAŞDIRILIB

           

            Naftalan şəhərnin cəbhə bölgəsinə yaxın olan Qaşaltı-Qarqoyunlu kəndində 2 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb ki, bu da 320 kV güc artımına səbəb olubr. Həmçinin ərazidə 11 ədəd 10 kv-luq dayaq basdırılıb, 700 metr məsafədə 10 kv-luq hava xətti çəkilib, 400 metr məsafədə həyətyanı sahələrdən keçən 0.4 kv-luq çılpaq naqillər SİP kabellə əvəz olunub.

 

QAZAXIN DÜŞMƏNLƏ SƏRHƏD KƏNDLƏRİNƏ YENİ HAVA XƏTLƏRİ ÇƏKİLİB

 

 

Qazax rayon “Daşsalahlı” yarımstansiyası

 

Qazax rayonunun sərhəd kəndləri olan Cəfərli və Yuxarı Salahlı kəndləri arasinda 18,2 km üzünlüğünda 35 kv-luq yeni hava xətt çəkilib. Həmçinin Birinci Şıxlı və İkinci Şıxlı kəndləri arasmda 11,2 km uzunluğunda 35 kv-luq Xramçay hava xətti də yenidən qurulub. Həmçinin sərhəd nöqtəsində düşmənlə üz-üzə olan Avey dağının zirvəsində yerləşən hərbi posta 2,7 km uzunluğunda hava xətti çəkilib. Hal-hazirda təmas xəttində yerləşən yaşayış massivləri arasında 14,2 km uzunluğunda 35 kv-luq “Qazax-1” hava xəttinin Xanlıqlar və Ağköynək kəndlərinin yaşayış evlərinin üzərindən götürülməsi və Kəmərli kəndində yerləşən 35/10 kv-luq yarımstansiyanın yenidən qurulması prosesi gedir. Eyni zamanda  təmas xəttində yerləşən kəndlərdə transformatorların yeni komplekt transformator məntəqələri ilə əvəz olunması planlaşdırılır.

 

TOVUZDA ATƏŞ NÖQTƏSİ ALTINDA OLAN 850 METR HAVA XƏTTİ ƏRAZİDƏN ÇIXARILARAQ KƏNDİN İÇİ İLƏ ÇƏKİLİB

 

Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Muncuqlu kəndində vaxtilə Erməni hərbiçilərinin atəş nöqtəsində olan və düşmən tərəfindən atılan mərmilərdən tez-tez qəzalı vəziyyətə düşən 850 metr 10 kV-luq hava xətləri həmin ərazidən çıxarılaraq, kəndin içərisi ilə çəkilərək istifadəyə verilib. Bununla yanaşı Qaralar kəndində 1,5 km məsafədə yeni müasir tipli 10 kV-luq hava xətti çəkilb, digər sərhəd kəndləri olan Qonaqlı, Məşədivəllər, Böyük Qışlaq, Qaradaş, Ağbulaqın isə hava xətlərində təmir bərpa işləri görülüb. Həmçinin bu kəndlərin transformator məntəqələrində bərpa işləri görülüb. Ermənistanın Şəmsəddin rayonu ilə böyük məsafədə həmsərhəd olan Əlibəyli kəndində 3,6 km məsafədə sıradan çıxmış 2700 metr hava xətti tam bərpa edilib. Hal-hazırda da Ermənistanla həmsərhəd olan kəndlərin həm hava xətlərində, həm də transformator məntəqələrində təmir bərpa işləri aparılır və yeni müasir standartlara cavab verən transformator məntəqələrinin quraşdırılması işi görülür.

 

Sonda onu da qeyd edək ki, “Azərişıq” ASC cəbhə bölgəsinin elektrik enerjisi ilə bağlı məsələlərini xüsusi diqqətdə saxlayır və işğaldan azad ediləcək ərazilərimizdə işığımızın yanması üçün işə başlanılacaq günü səbrsizliklə gözləyir.