• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Diferensial tarif sisteminin tətbiqi ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatı

Paylaşma tarixi: 09 yanvar 2017


 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılmış və diferensial tariflərin tətbiqi 2016-cı ilin 1 dekabr tarixindən qərarlaşdırılmışdır
 
 
Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.
 
 
İstehlakçıların çox saylı müraciətlərini nəzərə alaraq ölkədə yeni diferensial tarifə keçidlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidməti məsələyə aydınlıq gətirmək üçün nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırır.

  

Diferensial tarifin hesablanma qaydasının izahı

Nümünə 

 

 

 

 

1)     Ilk olqaraq sayğacın sərfiyyatının oxunma gün sayı hesablanır.

       13.12.2016 (Son göstərici oxunma tarixi)


   10.11.2016 (Əvvəlki göstərici oxunma tarixi)


   =  33 gün

                             13 gün dekabr

                             20 gün noyabr

2)     Iki period arasındakı elektrik enerjisinin  sərfiyyatı hesablanır.

      1000 kvts   (Son göstərici)

  564 kvts   (Əvvəlki göstərici)

=   436 kvts

3)     Iki period arasındakı enerji sərfiyyatı gün sayına bölünərək 1 günlük sərfiyyat tapılır.

436 kvts/33 gün = 13,21 kvts

1 günlük sərfiyyat = 13,21 kvts

4)      Diferensial tarif 01/12/2016 tarixindən tətbiq olunduğu üçün 30/11/2016 noyabr tarixinədək olan sərfiyyat aylıq təyin edilən 300 kVts limitdən artıq olsada həmin ay ərzində sərfiyyat 0,07 azn-dən hesablanır. Əgər dekabr ayında sərf edilən enerji miqdarı 300 kvts-dən çox olarsa, 300 kvts-dən çox olan hissə 0.11 azn-dən hesablanacaq.

Sol tərəfdə göstərilmiş nümunəyə uyğun olaraq hesablama aşağıdakı kimi aparılır.

Dekabr ayında gün sayı=13 gün 

13 gün*13.21 kvts = 171,75 kvts

171.75 kvts < 300 kvts (aylıq limit)

Dekabr ayında sərf olunan enerji miqdarı 300 kvts limitdən az olduğu üçün sərf olunan enerji miqdarı 0,07 azn-dən hesablanır.

436 kvts*0.07 azn= 30,52 azn

Qalıq borc=3.48

30,52 azn + 3,48 azn = 34 azn

 

ÖDƏNİLƏCƏK MƏBLƏĞ = 34 azn