• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC Tovuz rayonunda yeni inşa etdiyi ofis binasını istifadəyə verdi

Paylaşma tarixi: 23 dekabr 2016


           “Azərişıq” ASC artıq Azərbaycanın bütün rayonlarında köklü dəyişikliyə nail olub. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə  daxil olan Tovuz Elektrik Şəbəkəsində də bu özünü açıq şəkildə biruzə verir. Ötən zaman ərzində rayonun paylayıcı  elektrik şəbəkələri yenidən qurularaq ən müasir səviyyəyə çatdırılıb. Tədbirlər planına uyğun olaraq, yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejimi yaradılıb.  Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb.         

 

 

           Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyəti test edilərək sazlanıb və  rele mühafizələri yoxlanılıb.  

 

 

           Tovuz Elektrik Şəbəkəsi əhaliyə verilən  elektrik  enerjisi  haqlarının yığılmasında da öncüllər sırasındadır. Bu günə qədər enerji haqlarının yığılması 92,5 faiz  səviyyəsinə çatdırılıb.

 

           Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində  olduğu kimi  elektroenergetika sistemində də öz əksini tapıb. Ölkə başçısı tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasət elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında “Azərişıq” ASC  istehlakçıların keyfiyyətli, etibarlı və təhlükəsiz  elektrik enerjisi  təminatı məqsədilə  yenidənqurma və əsaslı təmir-tikinti işlərini davam etdirir.

 

 

           Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Tovuz Elektirik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0.4 kV-luq şəbəkələrin yenidən qurulması , əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülmüşdür. 10/6/0.4 kV-luq  EVX-lərdə 20.458 metr naqil yenisi ilə əvəzlənib.  Fiziki və mənəvi cəhətdən köhnəlmiş 296 ağac dayaq dəmir-beton  yeni dayaqlarla əvəzlənib.   Əhmədabad inzibati ərazi dairəsinə daxil olan 8 kənddə 114 ədəd 10 kV-luq dəmir dirəklər basdırılıb və 8.300 metr hava xətti yenilənib. Sərhəddə yerləşən Muncuqlu kəndi istiqamətində də böyük quruculuq işləri aparılıb.  “Düyərli” dartı yarımstansiyasından qidalanan 4.550 metr məsafədə 10 kV-luq hava xətti dəyişdirilib,5.450 metr 0,4 kV-luq hava xətləri  yenidən qurulub,  2016-cı il ərzində 34.400 metr məsəafəyə SİP kabel çəkilib. “Azərişıq” ASC tərəfindən 2016-cı ildə Tovuz rayonunda 26 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Bütövlükdə isə onların sayı 34 ədəddir.  

 

 

           Tovuz EŞ-ə daxil olan “Qandallar” , “Girzan” , “Tovuz” və “Qovlar” yarımstansiyaların   elektrik avadanlıqlarında təmir və sazlanma işləri aparılıb.  Müxtəlif gücə malik HEVX-lərdə  texniki  tədbirlər görülərək qışa hazırlıq mərhələsi başa vurulub.

 

 

           “Azərişıq” ASC Tovuz rayonunda istehlakçıların   keyfiyyətli, dayanıqlı, təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün 2017-ci ildə də quruculuq işlərini davam etdirəcək. 2017-ci ildə 1 ədəd 35/10 kV-luq yarımstansiyanın tikilməsi, “Qovlar” və “Əhmədabad” yarımstansiyalarının təmiri və 20 ədəd KTM-in quraşdırılması nəzərdə tutulub. Bundan başqa 12  ədəd hava xətləri SİP-ləşdiriləcək və  istismara yararsız   elektrik dayaqları yeniləri ilə əvəzlənəcəkdir.

 

 

 

           Hazırda Tovuz şəhərində Elektrik Şəbəkəsi üçün 200 kv.m sahəsi olan “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına  yeni inşa edilmiş   ofis binası   istifadəyə verildi.

 

           İki mərtəbədən ibarət ofis binasında  səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar yaradılıb.  Elektrik Şəbəkəsinin nəqliyyat təsərrüfatı da yenidən qurulub. İnzibati binanın ətrafında abadlıq işləri  aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.

 

           Yeni  inşa edilmiş   ofis binasının   istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və “Azərişıq” ASC sədrinin müavini Vüqar ƏHMƏDOV son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu,rayon,şəhər,qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd etdilər. Bildirildi ki, yaşayış məntəqələrinin,yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.  

 

 

 

           Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2017-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.