• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Diferensial tarif sisteminin tətbiqi ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatı

Paylaşma tarixi: 15 dekabr 2016


 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılmış və diferensial tariflərin tətbiqi 2016-cı ilin 1 dekabr tarixindən qərarlaşdırılmışdır
 
 
Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.
 
 
İstehlakçıların çox saylı müraciətlərini nəzərə alaraq ölkədə yeni diferensial tarifə keçidlə bağlı "Azərişıq" ASC-nin mətbuat xidməti məsələyə aydınlıq gətirmək üçün nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırır.

  

Diferensial tarifin hesablanma qaydasının izahı

Nümünə 1

 

 

 

 

1)     Ilk olqaraq sayğacın sərfiyyatının oxunma gün sayı hesablanır.

       13.12.2016 (Son göstərici oxunma tarixi)


   10.11.2016 (Əvvəlki göstərici oxunma tarixi)


   =  33 gün

                             13 gün dekabr

                             20 gün noyabr

2)     Iki period arasındakı elektrik enerjisinin  sərfiyyatı hesablanır.

      1000 kvts   (Son göstərici)

  564 kvts   (Əvvəlki göstərici)

=   436 kvts

3)     Iki period arasındakı enerji sərfiyyatı gün sayına bölünərək 1 günlük sərfiyyat tapılır.

436 kvts/33 gün = 13,21 kvts

1 günlük sərfiyyat = 13,21 kvts

4)      Diferensial tarif 01/12/2016 tarixindən tətbiq olunduğu üçün 30/11/2016 noyabr tarixinədək olan sərfiyyat aylıq təyin edilən 250 kvts limitdən artıq olsada həmin ay ərzində sərfiyyat 0,07 azn-dən hesablanır. Əgər dekabr ayında sərf edilən enerji miqdarı 250 kvts-dən çox olarsa, 250 kvts-dən çox olan hissə 0.11 azn-dən hesablanacaq.

Sol tərəfdə göstərilmiş nümunəyə uyğun olaraq hesablama aşağıdakı kimi aparılır.

Dekabr ayında gün sayı=13 gün 

13 gün*13.21 kvts = 171,75 kvts

171.75 kvts < 250 kvts (aylıq limit)

Dekabr ayında sərf olunan enerji miqdarı 250 kvts limitdən az olduğu üçün sərf olunan enerji miqdarı 0,07 azn-dən hesablanır.

436 kvts*0.07 azn= 30,52 azn

Qalıq borc=3.48

30,52 azn + 3,48 azn = 34 azn

 

ÖDƏNİLƏCƏK MƏBLƏĞ = 34 azn

 

 

Diferensial tarifin hesablanma qaydasının izahı

Nümünə 2

 

 

 

 

1)       Ilk olqaraq sayğacın sərfiyyatının oxunma gün sayı hesablanır.

     12.12.2016 (Son göstərici oxunma tarixi)

 09.11.2016 (Əvvəlki göstərici oxunma tarixi)

=  33 gün

                             12 gün dekabr

                             21 gün noyabr

2)       Iki period arasındakı elektrik enerjisinin  sərfiyyatı hesablanır.

    19000 kvts   (Son göstərici)

17362 kvts   (Əvvəlki göstərici)

= 1638 kvts

3)      Iki period arasındakı enerji sərfiyyatı gün sayına bölünərək 1 günlük sərfiyyat tapılır.

1638 kvts/33 gün = 49,6363 kvts

1 günlük sərfiyyat = 49,6363 kvts

4)      Diferensial tarif 01/12/2016 tarixindən tətbiq olunduğu üçün 30/11/2016 noyabr tarixinədək olan sərfiyyat aylıq təyin edilən 250 kvts limitdən artıq olsada həmin ay ərzində sərfiyyat 0,07 azn-dən hesablanır. Əgər dekabr ayında sərf edilən enerji miqdarı 250 kvts-dən çox olarsa, 250 kvts-dən çox olan hissə 0,11 azn-dən hesablanacaq.

Sol tərəfdə göstərilmiş nümunəyə uyğun olaraq hesablama aşağıdakı kimi aparılır.

Dekabr ayında gün sayı=12 gün 

12 gün*49,6363 kvts = 595,6356 kvts

595,6356 kvts > 250 kvts (aylıq limit-dən çoxdur)

Dekabr ayında sərf olunan enerji miqdarı 250 kvts limitdən çox olduğu üçün sərf olunan enerji miqdarı aşağıdakı kimi hesablanır.

 

21 günlük Noyabr ayının sərfiyyatı

21 gün*49,6363 kvts =1042,3623 kvts

 

12 günlük Dekabr ayının sərfiyyatı

12 gün*49,6363 kvts =595,6356 kvts

595,6356 kvts > 250kvts

 (dekabr ayının sərfiyyatı aylıq 250 kvts limitdən çoxdur)

595,6356 kvts - 250kvts = 345,6356 kvts

(1042,3623 kvts +250 kvts)*0,07 azn =90,47 azn

345,6356 kvts*0,11 azn =38,02 azn

 

Qalıq borc=37,89

 

90,47 + 38,02 + 37,89=166,38 AZN

 

ÖDƏNİLƏCƏK MƏBLƏĞ = 166,38 azn