• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin əməkdaşları ümummilli liderin anım günü çərçivəsində Heydər Əliyev mərkəzını ziyarət edib

Paylaşma tarixi: 10 dekabr 2016


     Tədbir zamanı ulu öndərin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirən “Böyük ömrün anları” sənədli filmi nümayiş olunub.



     Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində ümumilli liderin ölkəyə rəhbərlik etdiyi dövrdə istifadə etdiyi avtomobillərə baxdılar. Bildirildi ki, nümayiş olunan  Zil markalı avtomobil 1969-82-ci illərdə, Almaniya istehsalı olan digər iki avtomobil isə müstəqillik illərində ulu öndərin istifadəsində olub. “Azərişıq” ASC-nin əməkdaşları sonra mərkəzdəki birinci muzeydə Heydər Əliyevin ailə foto və video materialları, Sovet dövründə ölkəyə rəhbərlik etdiyi zamanı özündə əks etdirən materiallar,  XX əsrin əvvəllərindən 1969-cu ilə kimi Azərbaycan tarixinin mühüm məqamlarını özündə əks etdirən eksponatlarla tanış oldular. Mərkəzin ikinci muzeyində isə ümummilli liderin beynəlxalq əlaqələri, tanınmış insanlarla görüşləri zamanı ona hədiyyə edilən əşyalar nümayiş etdirilirdi. “Azərişıq” ASC-nin əməkdaşları burda ulu öndərin şəxsi əşyaları, yazı masası və xidməti dövründə təltif olunduğu orden və medallarla tanış oldular. Sonra tədbir iştirakçıları “Böyük ömrün anları” sənədli filminə baxdılar. Heydər Əliyev Mərkəzində ilk dəfə nümayiş olunan  film ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir. Filmdən sonra keçirilən görüşdə vurğulandı ki, ulu öndərin irsinin öyrənilməsi, onun gələcək nəsillərə ötürülməsi vacibdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun, o cümlədən Mərkəzin həyata keçirdiyi işlər təqdirəlayiqdir.