• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin Məlumatı

Paylaşma tarixi: 29 noyabr 2016


Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında  elektrik enerjisinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.

 

Tarif Şurasının elektrik enerjisi ilə bağlı yeni tarif tənzimlənməsi barədə qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmış,əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunmuşdur.

 

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə yenidən baxılmasını zəruri edib.Elektrik enerjisinin  pərakəndə satış tarifi  sosial  siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

 

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilmişdir.

 

Məlumat üçün bildiririk ki, əhali abonentlərimizin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, differensial  tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.Bundan başqa,sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunmuşdur ki,bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır

 

Enerji tariflərində diferensiallaşma elektrik enerjisindən adi qaydada istifadə edən istehlakçılara heç bir təsir göstərməyəcək. İstehlak həcminə görə enerji tariflərində differensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə hər bir ailənin elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək, elektrik enerjisinə tələbatın ödənilməsinə, paylayıcı şəbəkələrin genişləndirilməsinə, itkilərin azaldılmasına və enerji təchizatının davamlı olmasına təminat verəckdir .