• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Kadr hazırlığında müasir tədris texnologiyaları və qabaqcıl təcrübə mübadiləsi

Paylaşma tarixi: 12 noyabr 2016


Seminar

 

PRESS - RELIZ

 

12 noyabr 2016-cı il

 

Qərb Regional Tədris Mərkəzi

 

Gəncə şəhəri

 

12  noyabr  2016-cı il tarixində “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Kadr hazırlığında müasir  tədris texnologiyaları və qabaqcıl təcrübə mübadiləsi”  mövzusunda seminar keçirilmişdir.

 

 

Seminarın keçirilməsində əsas məqsəd “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzinin fəaliyyəti, Tədris Mərkəzində təlimin məqsədləri, Azərişıq ASC-nin Tədris Mərkəzində müasir tədris texnologiyalarından (dual tədris texnologiyasın) istifadə olunması və əldə olunan nəticələr ilə Regionda “Elektroenergetika mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə mühəndis kadrlar hazırlayan ali məktəblərin professor - müəllim heyətini tanış etmək, həmçinin kadr hazırlığındakı mövcud problemlərin həlli yollarının analiz edilməsidir.

 

 

Seminarda Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Mingəçevir şəhərindəki Mingəçevir Dövlət Universitetinin və digər elektroenergetika üzrə kadr hazırlayan peşə və kollec təhsili verən müəssisələrinin nümayəndələri iştirak etdilər.     

 

Seminarda ilk olaraq, “Azərişıq” ASC-nin fəaliyyəti haqqında seminar iştirakçılarına ətraflı məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli, 1045 saylı Sərəncamına əsasən “Azərişıq” ASC-yə yaradıldıqdan sonra bölgələrdə  elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq, istehlakçıları kefiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsəi ilə geniş miqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda da bu işlər davam etməkdədir.

 

 

Yenidənqurma işləri çərçivəsində “Azərişıq” ASC-nin fəaliyyət dairəsini əhatə edən bütün regionlarda  yeni güc mərkəzləri yaradılır, yeni yarımstansiyalar inşa edilir, köhnələri günün tələbinə uyğun bərpa  edilərək, yeni avadanlıq və texnologiyalarla təchiz olunur. Həyata keçirilən silsilə yenidənqurma tədbirlərinin davamı olaraq Qərb Regonunda da geniş işlər görülməkdədir.

 

2015 – ci ildə Gəncə şəhərinin mərkəzində 35/6 kV-luq 2x10 MVA gücündə “Nizami” yarımstansiyası inşa edilmişdir. Yarımstansiyanın arxitekturasında yerli memarlıq ornamentinin müasir üslub ilə sintezi öz əksini tapmışdır. Yarımstansiyadan  əsasən Gəncə şəhərinin mərkəzində yerləşən istehlakçılar qidalanır.

 

 

Region üzrə gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etmək  məqsədi ilə Gəncə şəhərində yeni tikilmiş “Nizami” yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılmışdır. Mərkəz, beynəlxalq standartlara cavab verən müasir  maddi-texniki baza ilə təmin edilmişdir.

 

Mərkəzdə işçi heyətinin ixtisasının artırılmasını, 2-ci peşəyə yiyələnməsini və yenidən hazırlanmasını Səhimdar Cəmiyyətin müxtəlif profilli kadrlara olan ehtiyaclarını  və müvafiq regional inkişaf perspektivlərini nəzərə almaqla kurslar təşkil edilir.

 

Tədris Mərkəzində kurslar Avropanın qabaqcıl təhsil metodikası olan dual tədris sistemi əsasdında aparılır.

 

Seminarda sözügüdən təhsil mütodikası haqqında ətraflı məlumat verildi.

 

Qey edildi ki, Qərb Regional Tədris Mərkəzinin təcrübə bölmələrindən regionda fəaliyyət göstərən ali təhsil müəssisələrinin - Azərbaycan  Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universitetinin və digər texniki məktəblərin tələbələri də yararlana bilərlər.

 

Bu məqsədlə seminarda  dünya ölkələri təcrübəsinə əsasən universitetlərlə istehsalat müəssisələri arasında səmərəli əməkdaşlıq qurulma yolları: Universitet-istehsalat müəssisələri əlaqələrinin formalaşması və keyfiyyətli kadr potensialı hazırlanmasında əməkdaşlıq kimi məsələlər ətraflı müzakirə olundu.

 

 

Seminarda qeyd edildi ki, Təhsil müəssisələrində kadr hazırlığının istehsalata inteqrasiyası məqsədi ilə ixtisas yönümlərinə uyğun əməkdaşlığın formalaşması, bu  sahələrdə olan kadr çatışmamazlığının aradan qaldırılmasında mühüm rol oynaya bilər . Belə bir əməkdaşlığın reallaşması üçün  son illər Payalyıcı Elektrik şəbəkələrində gedən yenidənqurma  işlərini, yeni texnologiyaların şəbəkələrə tətbiqini nəzərə alaraq, gənc kadrların istehsalatın tələb etdiyi sahələrdə hazırlığı məqsədi ilə “Azərişıq” ASC- nin elektroenergetika üzrə kadr hazırlayan ali təhsil müəssisələri ilə Müştərək Magistr  Hazırlığı layihəsinin  həyata keçirməsinə başalnılır.

 

Layihənin əsas məqsədi  elektroenergetika üzrə  ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinin hazılanmasında “Azərişıq” ASC-nin  maddi-texniki bazasından, müasir  laboratoriyalarından yararlanmasını təmin etmək, eyni zamanda paylayıcı şəbəkələrin elektrik enerjisinin keyfiyyət göstəricilərinin nomallaşıdırlması, texniki və texnoloji itkilərin minimallaşdırlması, tələb olunan səmərəli elektrik təchizatı sxeminin formalaşdırılması, xüsusi ilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaqdır.

 

Seminarda o da qeyd edildi ki, bu layihə çərçivəsində elektroenergetikanın real problemlərini əhatə edən dissertasiya mövzularının işlənməsi, həmçinin “Azərişıq”ASC-nin təcrübəli mühəndislərinin ikinci dissertasiya rəhbəri kimi fəaliyyəti gənc kadrların formalaşmasında mühüm rol oynaya bilər.

 

Eyni zamanda bu gənclərin gələcəkdə “Azərişıq” ASC- də işlə təmin olunmaları perspektivi də qeyd edildi.

 

Seminar iştirakçıları əmin olduqlarını bildirdilər ki, bu kimi tədbirlərin davamlı olaraq keçiirlməsi Universitet-Sənaye əməkdaşlığında özü-özünü tənzimləyən səmərəli mühitin formalaşması üçün zəmin olacaqdır.