• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

20 oktyabr Azərbaycan energetiklərinin peşə bayramı günüdür

Paylaşma tarixi: 19 oktyabr 2016


Hörmətli “Azərişıq” ASC-nin əməkdaşları!

 

     Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir. 

 

     Ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan Azərbaycan energetiklərinin peşə bayramı münasibəti ilə “Azərişıq”ASC-nin bütün kollektivini səmimi qəlbdən təbrik edir,  energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli və məsuliyyətli fəaliyyətinizdə uğurlar  diləyirəm.   

 

     Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.

 

     Aparılan islahatların uğurlu nəticəsidir ki,  bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq” ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır. 

 

     Energetiklərin peşə bayramı münasibəti ilə bütün “Azərişıq” ailəsini bir daha ürəkdən təbrik edir, Ölkə Prezidenti tərəfindən  energetika sahəsində aparılan uğurlu islahatların yerinə yetirilməsində daha böyük müvəffəqiyyətlər və can sağlığı arzulayıram.   

 

Hörmətlə,

Baba Rzayev

“Azərişıq” ASC-nin Sədri