• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin kollektivinə bayram təbriki

Paylaşma tarixi: 17 oktyabr 2016


     Ötən əsrin 90-cı illərinin əvvəllərində ideoloji böhran həddinə çatan SSRİ-nin demək olar ki, əksər respublikalarında millətlərin və xalqların  azadlıq hərəkatı başladı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında  Konstitusiya aktı qəbul etdi və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinə daxil oldu.

 

     Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Beləliklə, müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttinə qədəm qoydu.  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həmin siyasət uğurlu davam etdirildi və gənc Dövlətimiz sivil ölkələrin keçdiyi demokratik inkişaf yolu ilə irəliyə doğru inamla addımlayır.

 

     “Azərişıq” ASC-nin bütün  kollektivini Azərbaycan tarixinin ən şərəfli və qürurverici hadisəsi olan 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edir, ölkəmizin xoş gələcəyi naminə işlərində yeni-yeni müvəffəqiyyətlər,  cansaglığı və ən xoş arzularımı bildirirəm.

 

B. Rzayev

“Azərişıq” ASC-nin Sədri