• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayını artıracaq

Paylaşma tarixi: 04 oktyabr 2016


 

               Bu gün Azərbaycan Respublikası regionun ən inkişaf etmiş dövlətidir. Baş verən sosial-iqtisadi inkişaf bir çox sahələrdə ciddi islahatların aparılmasını zəruri edir. İqtisadiyyatın sürətli dinamikası əlavə vaxt itkisinə imkan vermir və gündəlik fəaliyyətimizə ən son texniki nəaliyyətlərin tətbiqini zəruri edir.  Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC sosial sferada ən qabaqcıl layihələrin həyata keçirilməsi, vətəndaşların rahatlıq və rifahı üçün ən modern üsullardan istifadə edir.  

 

               Abonentlərə yüksək səviyyəli xidmətin göstərilməsi üçün "Azərişıq" ASC “ASAN xidmət” mərkəzləri ilə artıq 3-cü ildir ki, müştərək fəaliyyət qurub. Hal-hazırda Bakı şəhərində 1,2,3,4,5 saylı “ASAN xidmət” mərkəzlərində və regionlarda Sumqayıt, Sabirabad və Bərdə, Gəncə, Qəbələ  “ASAN xidmət” mərkəzlərində  “Azərişıq” ASC-nin fəaliyyəti davam etdirilir. Müraciət edən abonentlərimizin keyfiyyətli və sürətli xidmətlərimizdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2016-ci ilin sentyabr ayının 5-dən etibarən Masallı “Asan Xidmət” mərkəzədə də xidmətə start verilib. Artıq qeyd edilən mərkəzdə abonentlərimiz “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən faydalana bilərlər.  Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara:

 

- Borcun olmamasına dair arayışın verilməsi,

- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,

- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,

- Qeyri əhali üzləşmə aktların verilməsi.

- Borcun araşdırılması xidmətlərini göstərir.

 

                Xatırladaq ki, “ASAN Xidmət”lə fəaliyyətin ötən üç ilində, 2014-cü ildə 14 min 321 nəfər, 2015-ci ildə 23 458 nəfər, 2016-cı ilin artıq 9 ayında 32 min 861 nəfər, ümumilikdə 70 min 640  vətəndaşa xidmət göstərilib.  

 

"ASAN XİDMƏT" MƏRKƏZLƏRİNDƏ QƏBUL EDİLMİŞ MÜRACİƏTLƏRİN İLLƏR ÜZRƏ DİNAMİKASI

 

 



               Xidmət göstərilən vətəndaşlardan 21 min 656 nəfər araşdırma, 12 min 364 nəfər arayışın verilməsi,  11 min 645 nəfər ad dəyişmə, 24 min 775 nəfər texniki şərtlərin verilməsi üçün müraciət edib. Bütün xidmətlər “Azərişıq” ASC-nin əməkdaşları tərəfinfən yüksək səviyyədə icra olunub və müştəri məmnuniyyəti təmin edilib. 

 

               Bütün bunlarla yanaşı  “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılması məqsədi ilə xidmətin mərkəzlərində çalışan əməkdaşlar üçün “Azərişıq” ASC-nin Tədris Mərkəzində xidmətlərin icrası ilə bağlı təlimlərə də start verib. Təlimlər 14 mövzu ətrafında aparılır və əməkdaşların ən üst texnologiya ilə işləmək vərdişini aşılayır. Treninqlər “Azərişıq” ASC-nin peşəkar kadrları olan Vüqar Həşimov və Araz Məmmədzadə tərəfindən həyata keçirilir. Peşə hazırlığı təlimlər  6 gün ərzində keçiriləcək. Əməkdaşlara tədris edilən mövzular üzrə dərs vəsaitləri də təqdim ediləcək.

 

                   

                     

                 

             

                 

“Azərişıq”ASC-nin Mətbuat Xidməti