• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC ümumxalq səsverməsi günü ilə bağlı bütün zəruri tədbirləri görüb

Paylaşma tarixi: 23 sentyabr 2016


     Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsinə (Referenduma) hazırlıqla bağlı “Azərişıq” ASC seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına tam hazırdır.

     Bakı şəhəri və digər şəhər və rayon ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” ASC tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Mal-materialların ehtiyatı yaradılaraq baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub.

     Regional idarələrdə məsul cavabdeh şəxslər təyin edilərək seçki günündən əvvəl, seçki günü və sonrakı gün Səhmdar Cəmiyyətin Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti, habelə bütün RETSİ-lər və Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil olunub.

     Bununla da “Azərişıq” ASC tərəfindən bu mötəbər tədbir zamanı seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı, keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunması üçün ən yüksək hazırlıq vəziyyəti yaradılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     “Azərişıq” ASC-nin Mətbuat Xidməti