• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Qurban bayramınız mübarək olsun!

Paylaşma tarixi: 31 avqust 2017


Hörmətli "Azərişıq" ASC-nin əməkdaşları!

 

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. 

 

Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığını, ilahi dəyərlərlə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

 

Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını və bu nurlu bayramın ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirməsini diləyirəm.

 

Qurban bayramınız mübarək olsun!

 

Hörmətlə, 

B.Rzayev 

“Azərişıq” ASC-nin Sədri