• Azerbaijan
  • English
  • Russian

Kabel və hava xətləri

Aşağıda adları qeyd olunan EVX-nin quraşdırılma işləri başa çatmışdır və hal hazırda fəaliyyət göstərir
220/110/35/10 kV "Səngəçal" y/st ilə 110/35/10 kV-luq "Xoca Həsən" y/st arasında 110 kV h/x-nin tikintisi

110 kv-luq EVX 110/35/6 kv-luq “Xoca Həsən” yarımstansiyasının 110 kv-luq gərginliklə qidalandırılması məqsədilə tikilib quraşdırılmışdır.


105 saylı yarımstansiyadan 6 kV-luq kabellərin quraşdırılması

"Badamdar" y/st-dan qidalanan 6 kV-luq kabel xətlərinin bir hissəsini 105 saylı yarımstansiyaya köçürülməsi məqsədi ilə yeni kabellərin quraşdırılması nəzərdə tutulmuşdur.


105 saylı və "Bayraq Meydanı" yarımstansiyaları arasında 35 kV-luq kabellərin quraşdırılması (kabel XLPE-35; 1x300; L=6x3400 m)

Yeni inşa edilmiş "Bayraq Meydanı" yarımstansiyanın qidalandırılması üçün nəzərdə tutulmuşdur.


Xırdalan yarımstansiyası ilə 203 saylı yarımstansiya arasında olan 110 kV-luq hava xəttinin yenidən qurulması

Bakı şəhərinin əsas qida xətlərindən olan və 203 saylı yarımstansiyanı elektrik enerjisi ilə təmin edən 110 kV-luq 3-cü və 4-cü Xırdalan hava xətləri yenidən qurulmuşdur. Xətdə dayaqlar gücləndirilmiş, naqillər daha böyük enkəsikli naqillərlə əvəz edilmişdir. Xəttin uzunluğu 2x20 km təşkil edir.


203 saylı 110 kV-luq yarımstansiya ilə 215 saylı 110 kV-luq yarımstansiya arasında 110 kV-luq iki dövrəli elektrik veriliş xəttinin və 215 saylı yarımstansiyadan çıxan 10 kV-luq kabelin çəkilməsi

215 saylı yarımstansiyanı qidalandıran 110 kv-luq 2 dövrəli hava xətti yenidən qurulmuşdur. Xəttin dayaqları gücləndirilmiş, naqillər daha böyük enkəsikli naqillərlə əvəz edilmişdir. Xəttin uzunluqu 4 km təşkil edir. Yarımstansiyadan çıxan 10 kV-luq kabellərin tənzimlənməsi üçün yeni kabel xətləri çəkilmişdir.


2 dövrəli 110 kV-luq "Müşfiq-Şıx" EVX-nın tikintisi

Yeni inşa edilmiş 110/35/10 kV-luq "Şıx" yarımstansiyanın qidalandırılması üçün "Müşfiq" - "Lökbatan dartı" hava xəttindən budaqlanma ilə 110 kV-luq iki dövrəli hava xətti inşa edilmişdir. Xəttin uzunluğu 2x3,0 km təşkil edir.


"Müşfiq" ilə "Dağlıq" yarımstansiyası arasında "Yasamal-2" yarımstansiyasına budaqlanma olan 110 kV-luq iki dövrəli EVX-nın əsaslı təmiri

Bu xətdə dayaqlar gücləndirilmiş, naqillər daha enkəsikli naqillər ilə əvəz edilmişdir. Xəttin uzunluğu 2x5 km təşkil edir.


"Müşfiq"- "Bayıl" yarımstansiyaları arasında 110 kV-luq hava xəttinin yenidən qurulması

Bakı şəhərinin əsas qida xətlrindən olan 110 kV-luq 1-ci və 2-ci Bayıl hava xətləri yenidən qurulmuşdur. Xətdə dayaqlar gücləndirilmiş, naqillər daha böyük enkəsikli naqillərlə əvəz edilmişdir. Xəttin uzunluqu 2x5,2 m təşkil edir.


Yeni "Bayıl" - yeni "İçəri Şəhər" y/st-ları arasında 110 kV-luq kabel xətti

Mövcud 110 kv-luq “Müşfiq” – “Bayıl” xətti “Yeni Bayıl” yarımstansiyasına qoşulduqdan sonra “İçəri Şəhər” yarımstansiyasının elektrik enerjisi ilə təmin edilməsi üçün Yeni Bayıl - İçəri Şəhər y/st-ları arasında 110 kV-luq kabel xətti tikilib istismara verilmişdir.


"Bilgəh"-"Amburan" y/st 35 kV-luq 2 dövrəli kabel xəttinin çəkilməsi

"Amburan" y/st-nın qidalandırılması üçün "Bilgəh" y/st-dan uzunluğu 2x1,4 km olan 2 ədəd 35 kV-luq kabel xətləri çəkilmişdir.


35/6 kV-luq "Zirə Bağları" y/st elektrik təchizatını təmin etmək üçün iki dövrəli elektrik veriliş xəttinin çəkilməsi

Yeni inşa edilmiş 35/6 kV-luq "Zirə Bağları" y/st-nın qidalandırılması üçün uzunluğu 2x2,5 km olan 2 dövrəli 35 kV-luq hava xətti inşa edilmişdir.


35/6 kV-luq "Xaşa-Xuna" y/st 6 kV-luq elektrik veriliş xətlərin çəkilməsi

Yeni inşa edilmiş "Xaşa-Xuna" YS-nın mövcud 6 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilməsi üçün uzunluğu 2 km olan 2 dövrəli və uzunluğu 2,5 km olan bir dövrəli 6 kV-luq hava xətti çəkilmişdir.


35/6 kV-luq 431 saylı y/st-nın elektrik veriliş xətlərin çəkilməsi

Şüvəlan qəsəbəsi H.Əliyev küçəsinin abadlaşdırılması ilə əlaqədar olaraq yolun üzərindən və yaxınlığından keçən 6 və 0,4 kV-luq EVX sökülərək yeraltı kabellərlə əvəz edilmişdir.


"Dübəndi", 432 saylı, "Xaşa-Xuna" və "Qala" y/st-ları arasında iki dövrəli 35 kV-luq EVX-nın çəkilişi

Yeni inşa edilmiş 35/6 kV-luq "Xaşa Xuna" y/st-nın qidalandırılması üçün "Qala" y/st-dan uzunluğu 2x5,7 km olan 2 dövrəli 35 kV-luq hava xətti quraşdırılmışdır. "Xaşa Xuna" və 430 (432) saylı y/st-ları arasında uzunluğu 9,1 km təşkil edən 35 kV-luq kabel-hava xətti quraşdırılmışdır. "Xaşa-Xuna" və 431 saylı YS arasında uzunluğu 2x2,8 km təşkil edən 2 ədəd 35 kV-luq kabel xətti quraşdırılmışdır.


"Xaşa Xuna" y/st ilə 431 saylı y/st arasında 35 kV-luq kabel xəttinin çəkilişi

"Xaşa-Xuna" və 431 saylı YS arasında uzunluğu 2x2,8 km təşkil edən 2 ədəd 35 kV-luq kabel xəttinin quraşdırılması.


"Badamdar" və "Nərimanov" y/st-lar arası 35 kV-luq kabel xəttinin çəkilməsi

"Badamdar" və "Nərimanov" y/st-lar arası 35 kV-luq kabel xəttinin çəkilməsi (XLPE 6(1x240) mm2, mis), "Badamdar" y/st-nın yenidən qurulması."Nərimanov" y/st-nın qidalandırılması üçün "Badamdar" y/st-dan ümumi uzunluğu 21 km olan 2 ədəd 35 kv-luq kabel xətləri quraşdırılmışdır.


119 saylı yarımstansiya ilə 23 saylı TM arasında 6 kV-luq kabel xəttinin çəkilməsi

(L=2950 m). Şəhərin mərkəzi hissəsinin elektrik enerjisi ilə təmin edən 119 saylı y/st ilə 23 saylı TM arasında 2 ədəd 6 kV-luq magistral kabel xətləri yenisi ilə əvəz edilmişdir. Bütövlükdə 14 km kabel xətləri quraşdırılmışdır.


"Müşfiq" y/st - "Dağlıq" y/st arasında 110 kv-luq kabel xəttinin çəkilməsi

Keçid məntəqəsi ilə "Dağlıq" y/st arasında iki dövrəli yeraltı 110 kV-luq kabel quraşdırılmışdır. Kabelin uzunluğu 6x3 km təşkil edir.


"Müşfiq" ilə "Dağlıq" y/st arasında "Yasamal-2" y/st-na budaqlanma olan 110 kV-luq iki dövrəli EVX-nin əsaslı təmiri

Bu xətdə dayaqlar gücləndirilmiş, naqillər daha enkəsikli naqillərlə əvəz edilmişdir. Xəttin uzunluğu 2x5 km təşkil edir.


"Müşfiq" y/st ilə "Yasamal-1" və "Yasamal-2" y/st-lar arasında 110 kV-luq 2 dövrəli hava xəttinin əsaslı təmiri

Bu xətdə dayaqlar gücləndirilmiş, naqillər daha enkəsikli naqillərlə əvəz edilmişdir. Xəttin uzunluğu 2x5 km təşkil edir.


110/35/10 kV-luq "Yasamal-1" y/st ilə 35/6 kV-luq 120 saylı y/st arasında 35 kV-luq iki dövrəli kabel xəttinin quraşdırılması

120 saylı y/st-nın qidalandırmasının gücləndirilməsi məqsədi ilə "Yasamal-1" y/st-dan markası XLPE-35, en kəsiyi 1x240 mm2, uzunluğu 6x1,8 km olan 35 kv-luq kabel xətləri çəkilmişdir.


"Müşfiq"- "Bayıl" y/st-lar arasında 110 kV hava xəttinin yenidən qurulması

Bakı şəhərinin əsas qida xətlərindən olan 110 kV-luq 1-ci və 2-ci Bayıl hava xətləri yenidən qurulmuşdur. Xətdə dayaqlar gücləndirilmiş, naqillər daha böyük enkəsikli naqillərlə əvəz edilmişdir. Xəttin uzunluğu 2x5,2 km təşkil edir.


"Bayıl" və "İçəri şəhər" y/st-lar arasında 110 kV kabel xəttinin çəkilməsi

Bakı şəhərində dairəvi 110 kV-luq elektrik təchizat sxeminin yaradılması məqsədi ilə 110/20/6 kV-luq "Bayıl" y/st ilə 110/35/10 kV-luq "İcəri şəhər" y/st arasında iki dövrəli 110 kV-luq kabel xətti quraşdırılmışdır. Xəttin uzunluğu 2x1,5 km təşkil edir.


Qobustan qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 515 saylı YS-ı ilə 87 saylı PQ arasında uzunluğu 2x1,4 km olan 6 kV-luq 2 dövrəli hava xətti quraşdırılmışdır.

Qobustan qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 515 saylı YS-ı ilə 87 saylı PQ arasında uzunluğu 2x1,4 km olan 6 kV-luq 2 dövrəli hava xətti quraşdırılmışdır. Sahil qəsəbəsində yerləşən yeni inşa edilmiş 17 saylı TM-dən qidalanan yaşayış binalarının 0,4 kV-luq kabel xəttləri yenisi ilə əvəz olunmuş, binadaxili elektrik şəbəkəsi yenidən qurulmuşdur. Maştağa qəsəbəsində ifrat yüklənmiş 6 kV 492-571 və 437-624 hava xətti yüklərinin bölünməsi üçün xətlərdə rekonstruksiya işləri aparılmışdır.


110/35/10 kV-luq "Yasamal" və 35/6 kV-luq 120 saylı yarımstansiyaları arasında yeni iki dövrəli 35 kV-luq kabel xəttinin quraşdırılması

110/35/10 kV-luq "Yasamal" və 35/6 kV-luq 120 saylı yarımstansiyaları arasında yeni iki dövrəli 35 kV-luq kabel xəttinin quraşdırılması Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarının elektrik təchizatını əsaslı surətdə yaxşılaşdırmışdır. Bu məqsəd ilə 10,7 km XLPE-1x240 mm2 markalı 35 kV kabel quraşdırılmışdır.


Cavanşir körpüsündən Zuğulba qəsəbəsinə qədər maqistral yol boyunca yerləşən mövcud 110/35/20/10/0,4 kV-luq elektrik şəbəkəsinin təmiri

Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı rəhbər tutaraq Bakı şəhərində Cavanşir körpüsündən Zuğulba qəsəbəsinə qədər maqistral yol boyunca yerləşən mövcud 110/35/20/10/0,4 kV-luq elektrik şəbəkələrinin rekonstruksiyası ilə bağlı olan işlər həyata keçirilmişdir.


110/35/6 kV-luq "İçəri Şəhər" - 110/35/10 kV-luq "Liman" y/st-lar arasında 110 kV-luq kabellərin quraşdırılması (4,5 km kabel, muftalar və quraşdırma)

110/35/6 kV-luq “İçəri Şəhər" - 110/35/10 kV-luq "Liman" y/st-lar arasında 110 kV-luq kabel xətti yeni tikilmiş Liman yarımstansiyasının 110 kv-luq gərginliklə təmin edilməsi və 110 kv-luq dairəvi elektrik sxeminin yaradılması məqsədilə quraşdırılmışdır.


110/35/10 kV "Liman" və 227 saylı y/st arasında 110 kV-luq kabel xəttinin çəkilməsi (L=3,5 km)

Yeni tikilmiş 110/35/10 kv-luq “Liman” yarımstansiyasının iki tərəfli qidalandırılması və həmçinin 110 kv-luq dairəvi sxemin yaradılması məqsədilə mövcud 110/35/10 kv-luq 227 saylı yarımstansiya arasında kabel xətti çəkilmişdir. )


110 kV-luq 2 dövrəli "Puta-Lökbatan-Dartı"EVX-nin tikintisi işləri

"Puta-Xoca Həsən" 110 kv-luq EVX-dən budaqlanma yolu ilə 110 kv-luq 2 dövrəli “Puta-Lökbatan-Dartı” EVX çəkilmişdir.


"Badamdar" y/st ilə "Dağüstü Park" y/st arasında iki-dövrəli 35 kV-luq kabel xəttinin çəkilişi

Yeni tikilmiş "Dağüstü Park" Y/St-nın 35 kV-luq gərginliklə qidalanddırılmasının təmin edilməsi məqsədi iləquraşdırılmışdır.


110/35/10 kV-luq 215 saylı y/st - 35/10 kV-luq 82 saylı y/st arasında 35 kV-luq kabel xətti (2,2 km)

35 kv-luq kabel xətti yeni qurulmş 35 kv-luq 82 saylı yarımstansiyanın 35 kv-luq dairəvi sxemə qoşulması məqsədilə çəkilmişdir.


Nizami rayonu, Keşlə qəsəbəsi 260 saylı TM-in yenidənqurulması ilə əlaqədar İEM-212 arası 35 kV-luq 1 dövrəli EVX-da 5-6-cı xətlərin yeni kabel xətləri ilə çəkilməsi işləri

Yeni güc artımı ilə əlaqədar istismarda olan hava xətlərinin daha müasir standartlara cavab verən yeraltı kabel xətləri ilə əvəz edilməsi.


Nəsimi r-nu ərazisində 35 ,6 və 0,4 kV-luq kabel xətlərinin yenidənqurulması

İstismara yararsız hava xətlərinin müasir standartlara cavab verən kabel xətlərilə əvəz edilməsi, yeni kabel xətlərinin çəkilməsi.


110/35/10 kV-luq "İçəri Şəhər" y/st ilə 35/10 kV-luq "Dağüstü Park" y/st arasında 35 kV-luq iki-dövrəli kabel xəttinin çəkilməsi

Kabel xəttinin çəkilməsində məqsəd «Dağüstü Park»y/st-nın 35 kV-luq dairəvi sxemə qoşulması və ətrafda yeni yaranan güclərin elektrik təchizatının daha dayanıqlı təminatıdır.


110/35/10 kV "Liman" və 35/10 kV-luq 116 saylı y/st arasında 35 kv-luq kabel xəttinin çəkilməsi (L=2,5 km)

Şəhər ərazisində 35 kV-luq dairəvi elektrik sxeminin yaradılması və 116 saylı y/st-nın dairəvi sxemə qoşulması məqsədi ilə quraşdırılmışdır.


110/35/10 kV "Liman" və 35/10 kV-luq "Sahil" y/st arasında 35 kV-luq kabel xəttinin çəkilməsi (L=0,8 km)

Yeni inşa olunmuş 110/35/10 kV-luq "Liman" y/st-nın 35 kV-luq bölməsinin mövcud 35 kV şəbəkə ilə əlaqələndirilməsi və "Sahil" y/st-nın 35 kV dairəvi sxemə qoşulması üçün quraşdırılmalıdır.


35/6 kV-luq 226 saylı - 35/10 kV-luq "Sahil" y/st-lar arasında kabel xətti

Yarımstansiyalar arasında mövcud kabel xətləri uzun müddət istismarda olduğundan yenisi ilə əvəz edilməsi zərurətindən quraşdırılmışdır.


110/35/10 kV-luq Yasamal-2 y/st ilə 35/6 kV-luq 99 saylı y/st-lar arasında 35 kV-luq 2 dövrəli kabel xətti

"Yasamal-2" y/st-da yeni 35 kV-luq bölmə yaradılacaqdan sonra y/st-nı 35 kV dairəvi sxemə qoşulması və 99 saylı y/st-nın 35 kV gərginliklə qidalandırılmasının daha etibarlı olmasının təmin edilməsi məqsidi ilə quraşdırılır.


35/10 kV-luq 99 saylı y/st - 35/6 kV-luq 96 saylı y/st - 35/10 kV-luq "Gənclik" y/st arasında 35 kV-luq 2 dövrəli kabel xətti

35 kV dairəvi sxemin yaradılması və 35 kV-luq "Gənclik" y/st-nın qidalandırılması məqsədi ilə quraşdırılmışdır.


35/10 kV-luq 82 saylı y/st ilə 35/6 kV-luq 95 saylı y/st arasında 35 kv-luq kabel xətti

82 saylı y/st-nın 35 kV-luq qidalandırılmasının yaxşılaşdırılması məqsədi ilə köhnəlmiş çox saylı birləşmələri olan kabellərin əvəzinə yenisi quraşdırılmışdır. 35 kV-luq dairəvi sxemi təkmilləşdirilmişdir.


35/6 kV-luq 95 saylı y/st ilə 110/35/10 kV-luq "Dərnəgül-1" y/st arasında 35 kV-luq kabel xətti

95 saylı yarımstansiya 110/35/6 kV-luq "Binəqədi" y/st-dan 35 kV hava xətti ilə qidalandırılır. "Dərnəgül-1" y/st-da 35 kV-luq bölmə yaradılması ilə əlaqədar yeni 35 kV-luq kabel xətti quraşdırılmış bununlada «Dərnəgül-1» y/st 35 kV-luq dairəvi sxemə daxil edilmişdir.


"Dağlıq" y/st-dan 111 saylı y/st-da gedən 35 kV-luq kabel xəttinin çəkilməsi

111 saylı yarımstansiyaya ötən əsrin ortalarından istismara verildiyindən müasir avadanlıqlarla təchiz edilərək tam yenidən qurulmuş və gücləndirilmişdir. Buna müvafiq olaraq y/st-nın 35 kV-luq gərginliklə qidalanmasının yaxşılaşdırılması və y/st-da dörd ədəd tr-or quraşdırılmasını nəzərə alaraq «Dağlıq» y/st-dan 2 ədəd əlavə kabel xətti çəkilmişdir.


Şimal DRES çıxan 35 EVHX-nin kabel xətləri ilə əvəz edilməsi üzrə tikinti quraşdırma işləri

Uzun müddətdir istismarda olan hava verilişi xətlərinin yenisi ilə əvəz edilməsi, qəzaların aradan qaldırılması, keyfiyyətli və dayanıqlı elektrik enerjisinin təmin edilməsi məqsədilə hava xətləri kabel xətlərilə əvəz edilmişdir.


Suraxanı r-nu 42 və 43 saylı y/st-lar arasında 35 kV-luq EVH və EVK xətlərinin tikinti-quraşdırma işləri

Uzun müddətdir istismarda olan hava verilişi xətlərinin yenisi ilə əvəz edilməsi, qəzaların aradan qaldırılması, keyfiyyətli və dayanıqlı elektrik enerjisinin təmin edilməsi məqsədilə hava xətləri kabel xətlərilə əvəz edilmişdir.


Qaradağ r-nu, Puta-503 saylı EVHX-nin, 501-517 saylı EVHX-nin, Səngəçal -1,2,3 və 4 arası EVHX-nin yenidənqurulması üzrə tikinti quraşdırma işləri

Xətlər uzun müddət istismarda olduğundan texniki parametirlərə cavab vermirdi. Bunun üçün xətlərin yük buraxma qabiliyyətinin artırılması məqsədilə daha böyük en kəsiyinə malik naqillər quraşdırılmış, yararsız dayaqlar yenisilə əvəz edilmişdir.


Türkan-1 saylı y/st-da 35 kV-luq EVX-nin söküntü və yenidənqurma işləri

Xətlər uzun müddət istismarda olduğundan texniki parametirlərə cavab vermirdi. Bunun üçün xətlərin yük buraxma qabiliyyətinin artırılması məqsədilə daha böyük en kəsiyinə malik naqillər quraşdırılmış, yararsız dayaqlar yenisilə əvəz edilmişdir.


35/6 kV-luq 117 saylı y/st ilə 35/10 kV-luq 116 saylı y/st arasında 35 kV-luq kabel xətti (1,5 km)

Yarımstansiyalar arasında 1 ədəd mövcud kabel xəttinin uzun müddət istismarda olmasına görə və çox saylı birləşmələri olduğu üçün daimi qəza vəziyyətinə düşməsi təhlükəsi yaranmışdır. Bununla əlaqədar iki ədəd yeni kabel xətti quraşdırılıb istismara verilmişdir. Beləliklə etibarlı 35 kV-luq dairəvi elektrik sxemi daha da təkmilləşdirilmişdir.


Binə qəsəbəsində 10,6,0,4 kV-luq EVX-nin yenidənqurulması

Binə qəsəbəsində 10,6,0,4 kV-luq EVX-nin yenidənqurulması, 6 kV-luq kabel xətti (16 km) - 489 və 455 y/st ilə 758, 759, 514, 228 saylı TM-lərin arasında hava xəttinin kabel xətti ilə əvəz edilməsi


Aeroport-Mərdakan qəsəbəsi avtomobil yolunun yenidən qurulması ilə əlaqədar 35 kV-luq elektrik şəbəkəsinin tənzimlənməsi.

35 kV-luq Puta-504 EVX-nin 1 ədəd qəzaya uğramış metal anker dayağının dəyişdirilməsi işləri.- Aeroport-Mərdəkan qəsəbəsi avtomobil yolunun üzərindən və yaxınlığından keçən 35 kV-luq hava xətlərinin istismara yararsız dayaqları və naqilləri yenisi ilə əvəz edilmişdir.


Bibiheybət NQÇİ ərazində hava xətlərinin kabel xətti ilə əvəz olunması.

20-ci sahədə Bibiheybət NQÇİ-nin mədənlərində aparılan abadlıq işləri ilə əlaqədar 6 və 20 kV-luq hava xətlərinin bir hissəsi yeraltı kabellərlə əvəz edilmişdir. Bu məqsədlə 13,4 km 6 kV-luq və 17,1 km 35 kV-luq kabellər quraşdırılmışdır.